bloqosfer
bluz
OBASTAN VİKİ
Blutuz
Bluetooth — beynəlxalq standartlara uyğun bir telsiz ünsiyyət sistem. Bluetooth 100 metrə qədər məsafədə verilənlərin ötürülməsi və qəbuledilməsi üçün istifadə edilən texnoloji standartdır. Verilənlərin ötürülməsi və qəbul edilməsi 2400–2483,5 MHz tezlikdə qısa dalğaların radiasiyası vasitəsilə həyata keçirilir. İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər. == Tarixçə == Bluetooth sözü X əsrdə bir-birinə düşmən danimarkalı tayfaları birləşdirmiş kral I Heraldın ləqəbindən ("mavi diş") götürülmüşdür. 1994-cü ildə Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir telsiz texnologiyası fikirini araşdırmaya başladı. Məqsəd rahatlıqsız, bir-birinə uyğunlaşmasız və tez-tez qəzalanan kabelli əlaqələrin yerini alan telsiz bir texnologiya inkişaf etdirmək idi. Araşdırmanın müsbət nəticələri ardından 1998-ci ildə beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group" (SIG)ı qurdu. İndiyə qədər SIGə 3com, Lucent, Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən artıq şirkət qatıldı. Bluetooth adı X əsrdə yaşamış Viking kralı Harald Blatand'dan ilhamlanaraq yaradılmışdır.