BOKKA

/ital. boccaağız deməkdir/ vulkan kraterinin dibində və yaxud vulkan yamacının yuxarı hissəsində zəif püskürmə yolu olan dəlik. B.ətrafında bəzən lava konusu yaranır. бокка bocca
BOĞUM
BORDERLEND YAMAC
OBASTAN VİKİ
Covanni Bokkacco
Covanni Bokkaçço (it. Giovanni Boccaccio; 1313[…], Florensiya, Florensiya Respublikası[…] – 21 dekabr 1375[…], Çertaldo, Florensiya Respublikası[…]) — italiyalı yazıçı və şair. İntibah humanizmi üçün olduqca əhəmiyyətli olan əsərləri arasında Dekameron daha məşhurdur. Onun doğumu haqqında məlumatlar şübhəlidir. O, Florensiyada və ya Sertaldo yaxınlığında bir kənddə anadan olub. O, Florensiya taciri Bokkaçço de Çellinonun oğlu idi. Bokkaçço Florensiyada böyüyüb boya-başa çatmışdır. 1326-cı ildə atası bank müdiri təyin olunanda Bokkaçço ailəsi ilə birlikdə Neapola köçür və yaradıcılığa da Neapolda başlayıb. Neapol Universitetində hüquq təhsili alıb Seçilmiş əsərləri: Rime (1914, Böyük həyatı boyunca yazdığı şeirlərin sadələşdirilmiş və şərhli çapı) Filocolo (Nəsr) Filostrato (Şeir) Elegia de Madonna Fiammetta (Roman) Dekameron (Əhvalatlar) Commento alla Commedia (Dantenin İlahi Komediyasının şərhi) Dekameron (film, 1971) / it.
Trayano Bokkalini
Trayano Bokkalini(1556 Loreto – 16 noyabr, 1613 Venesiya) — italyan yazıçısı. Həyatının daha çox hissəsini XVI əsrdə yaşayan Bokkalini yeni dövrə intibah dövrü humanistlərinin döyüşkən, mübariz ruhunu gətirmişdir. Onun "Parnasdan xəbərlər" adlı satirik əsəri az bir müddət içində bir çox Avropa dillərinə tərcümə edildi və geniş şöhrət qazandı. Əsərdə gülüşün istehza, zarafat, sarkazm kimi növlərindən məharətlə istifadə olunmuş, ispan əsarətinə, zadəgan ikiüzlülüyü və riyakarlığına, ədəbi aləmdə hökm sürən ziddiyyətlərə qarşı dərin qəzəb, nifrət əks etdirilmişdir. Bokkalini Ərəstunun estetik prinsiplərindən başqa heç nə tanımaq istəməyən, gənc istedadları bu prinsiplərdən kənara çıxmağa qoymayan ədəbi nüfuzlara cəsarətlə hücum çəkir. Ədib zarafatyana bir formaya guya incəsənət hamisi Apollonla Aristotel arasında baş vermiş bir söhbəti qələmə alır: "Apollon qeyri-adi dərəcədə qəzəbli bir sifətlə və çox əsəbi bir səslə Aristoteldən soruşdu ki, onun, Apollonun yazmaqda və yaratmaqda tam azadlıq tələb etdiyi yüksək istedadlı sənətkarlar üçün qanunlar müəyyənləşdirməyə və qaydalar çap etməyə cəsarət eyləyən o ədəbsiz və utanmaz odurmu, çünki ədəbiyyatçıların canlı istedadları hər hansı qaydaların zəncirindən azad olduqda, göstərişlərin zəncirləri ilə bağlanmadıqda onun çox yüksək dərəcədə məmnunluğuna səbəb olaraq hər gün məktəbləri və kitabxanaları ən gözəl əsərlərlə zənginləşdirirlər." Apollonun ittihamları qarşısında Aristotelin özünə bəraət qazandırmaq cəhdləri daha maraqlıdır. Onun fikrincə, ancaq nadanlar şairləri incitmək, onları əsarətdə saxlamaq məqsədilə onun adından istifadə etmişlər. O, ancaq gənc istedadlara kömək məqsədilə müəyyən ümumi qaydaları göstərmiş, onlara sənətin həqiqi yolunu tapmaqda kömək etmək istəmişdir. Aristotelin qanun və prinsipləri ətrafında uzun müddət davam edən mübahisə və mübarizələri nəzərə alsaq, Bokkalininin qeydlərinin nə qədər aktual, yerində və düzgün olduğunu başa düşmək olar. Gördüyümüz kimi, XVII əsr italyan ədəbiyyatında müxtəlif ədəbi cərəyanlar qarşılıqlı təsir və mübarizə şəraitində fəaliyyət göstərmişdir.