Borg

der; -(e)s borc, nisyə; auf ~ leben borc ilə yaşamaq
Bordstein
borgen
OBASTAN VİKİ
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Borgeze qalereyası
Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur. 1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.
Borgia ailəsi
Borcia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borcia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borcia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borcia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və insest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Mediçi, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borcia === === Alfonso de Borcia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borcia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borcia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Dimmu Borgir
Dimmu Borgir — 1993-ci ildə Shagrath, Silenoz və Tjodalv tərəfindən Norveçin Oslo şəhərində qurulmuş metal musiqi qrupu. Qrupun adı farercə və islandca "qaranlıq qüllələr" mənasını verir və İslandiyadakı Dimmuborgir vulkanik platformasından alınmışdır. İllərdir bir neçə dəfə üzv dəyişikliyi yaşanan qrupda, quruculardan olan gitarist Silenoz və vokalist Shagrath dəyişməz qalan üzvlərdir. Stian Aarstad'ın da klaviaturaçı kimi qrupa daxil olmasıyla tam mənasıyla formalaşan Dimmu Borgir; Emperor və Kreator kimi tərzində müvəffəqiyyətli bir qrup oldu. Aqressiv gitaralar, gurultulu bas, operativ vokallar, müxtəlif klaviatura melodiyaları, Norveçli qrupun musiqisinin ayrılmaz hissəsidir. 80-ci illərin black və heavy metal təsirlərini daşıyan Dimmu Borgir, Wagner və Dvorak kimi klassik musiqi bəstəkarlarından də təsirlənmişdir. Qrup musiqi bazarına 1994-cü ildə çıxardıqları "Inn I Evighetens Morke" adlı mini albomları ilə girdilər. Albom böyük maraq gördü və bir neçə həftədə yüksək satış rəqəmləri göstərdi. Black metal ətrafında artıq adları eşidilmişdi. Və eyni il "For All Tid" adlı ilk uzun albomlarını hazırladılar.
Kadi Borges
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. 2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub. Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir. 2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir.