Xameleon botneti
Chameleon botneti 28 fevral 2013-cü ildə "spider.io" təhlükəsizlik araşdırma şirkəti tərəfindən müəyyən edilmiş botnetdir .120,000-dən çox kompüterin yoluxduğu və reklam trafikindən ayda orta hesabla 6 milyon ABŞ dolları qazana bilmişdir. Bu trafik yoluxmuş sistemlərdə yaradılaraq, reklam kontenti çıxararaq, təhlükəsiz görüntü yaratmağa çalışırdı, buna görə də qanuni veb trafiki kimi görünürdü. Təsirə məruz qalan kompüterlərin əksəriyyəti şəxsi kompüterlər (yaşayış sistemləri) olmaqla, hamısı Windows kompüterləri idi.
Proqramın hərəkətlərini daha çox insan davranışına bənzətmək üçün o, yoluxmuş sistemlərin mousunu brauzerlərdə səhifələr ətrafında hərəkət etdirməyə məcbur etdi və seanslar bağlananda onlari restart edərək yenidən işə saldı.
Bundan əlavə, həm Adobe Flash, həm də JavaScript skriptlərinin yoluxmuş sistemlərdə icra edilməsi mürəkkəb idi.
Botnet tə
rəfindən hədəf alınan ən azı 202 veb-sayt var idi və onlardan 9 milyarddan çox reklam ona xidmət göstərirdi.
Botnet tərəfindən yaradılan veb-trafikin yan təsiri olaraq, yoluxmuş sistemlər, ehtimal ki, ümumi əməliyyat gecikməsindən və yavaş şəbəkə bağlantısından əziyyət çəkdi. Bu əlamətlər kompüterin yoluxmuş olmasının göstəriciləri idi. ClamWin və Exterminate It kimi zərərli proqram aradan qaldırılması proqramı ilə, infeksiya yoluxmuş sistemdən çıxarıla bilər. Həmçinin yoluxmuş Windows PC-nin reyestrini əl ilə dəyişdirməklə zərərli proqramı deaktiv etmək mümkün olub.