BOTOKS

is. \[lat. Clostridium botulinum toxine type A-hemagglutine complex (Botox)\] 1. Gözəllik sənətində: 1) kosmet. Kosmetologiyada mimik qırışların açılması və üzün dartılması üçün tətbiq edilən inyeksiya proseduru; botulotoksin. A tipli botulinotoksin tərkibli bu preparat periferik miorelaksantlar adlanan farmakoloji qrupa aiddir ("Art of beauty" jurnalı, №6, 2012, səh.20); 2) Ölmüş, yanmış saçların bərpası proseduru. 2. tib. Sinir tikləri, uşaq serebral iflici, miqrenə və tərləməyə qarşı müalicədə istifadə olunan inyeksiya preparatı.
BORUDÜZMƏ
BOTULİNOTERAPİYA

Digər lüğətlərdə