Brei

der; -(e)s, -e xəşil, əzmə, püre; sıyıq; viele Köche verderben den ~ aşpaz iki olanda, aş ya şor olar ya duzsuz, çoxarvadlının evi süpürülməmiş qalar; F j-n zu ~ schlagen bir kəsi bərk döymək; fig. wie die Katze um den heißen ~ herumgehen mövzunun ətrafında çənə yormaq
Brechung
breiig
OBASTAN VİKİ
Breila (judets)
Breila judetsi (rum. Judeţul Brăila) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4766 km². Şərqdə — Tulça, qərbdə — Buzeu, şimalda — Qalats və Vrança, cənubda — Yalomitsa və Konstantsa judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 365 628 nəfər, sıxlığı — 76,15 nəf./km². == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 40 kommuna daxildir.
Breinigerberg
Braynigerberq (alm. Breinigerberg‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yaşayış məntəqəsi. Axen rayonunda Ştolberq şəhərinin 17 bələdiyyə vahidindən biri. 2005-ci ilin sonuna əhalisi 971 nəfərdir. Breinigerberqin ətrafında bir neçə qoruq yerləşib. Bununla yanaşı "Şimali Ayfel" təbii parkının bir hissəsi (Nordeifel) sayılır.
Breitbart News
Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında yaradılmış ifrat sağ xəbər, məqalə və şərh saytı. Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobik və irqçi adlandırılmışdır. Saytda bir sıra konspirasiya nəzəriyyələri, Çin əleyhinə ksenofobik nümunələr və qəsdən yanıldıcı məzmun dərc edilmişdir. "Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur. Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır. "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi. Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqun və ağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir. 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır. Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, London və Yerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı, eləcə də icraçı direktorudur.
Freiburg im Breisgau
Frayburq-im-Braysqau (alm. Freiburg im Breisgau‎) — Almaniyanın cənub-qərbində yerləşən və Baden-Vürtemberq əyalətinin dördüncü böyük şəhəridir. Alman dilindən tərcümədə "frei" azad, "burg" isə qurulan, işlənən mənasındadır. Qara meşənin qərbindən, Ren ovalığına kimi yerləşən Frayburq, ilıq iqlimi ilə məşhurdur və Almaniyanın ən isti bölgəsidir. "Üç ölkə üçbucağında" (alm. Dreiländereck‎) olan şəhər, İsveçrənin sərhəddindən 60 km və Fransanın sərhəddindən 25 km uzaqlıqda yerləşir. Əhalisinin təxminən 85%'i fransızca danışır və əhalinin əsas hissəsi katolikdir. 1091-ci ildə Zähringerler bir qala tikdilər. Bu qaladan başlayaraq inkişaf edən qəsəbəyə 1120-ci ildə şəhər statusu verildi. Ondan sonra müxtəlif sülalələrin nəzarətində olan Frayburq, 1386-cı ildə Habsburgluların əlinə keçdi.