Bube

der; -n, -n 1. oğlan uşağı; 2. (Kartenspiel) soldat (Süd. : sərbaz); 3. (Schurke) alçaq, əclaf
Bub
Bubenstreich
OBASTAN VİKİ
Buben
Buben — Musiqi aləti. Buben (rusca Бубен, ukraynca Бубон, slovencə boben, çexcə buben, polyakca bęben) qavala bənzər musiqi alətidir. Buben taxta və ya dəmir halqadan ibarətdir ki bununda tərəflərindən birinin üzərinə sıx şəkildə dəri çəkilmiş olur. (bəzən heçbir dəri olmur). Adətən əldə tutulur və digər ələ vuraraq və ya aləti sarsaraq səs çıxarılır. Bu alətdən adətən xalq musiqisində, orkestrlarda istifadə olunur. Səlib yürüşlərindən bəri Cənubi Avropa musiqisində və 19-cu əsrdən Qərb simfonik və mis musiqisində istifadə edilən qaval Yaxın Şərqdə və Yunan-Roma antik çağında yayılmış qədim zərb alətindən sonra modelləşdirilmişdir (bax: timpan). Toxmaq ilə döyülən oxşar dizaynlı qaval Sibir və Hindistan şamanlarının sehrli aləti kimi xidmət edir.
Martin Buber
Martin Mardoxay Buber (8 fevral 1878[…], Vyana, Avstriya-Macarıstan – 13 iyun 1965[…], Qüds) — alman-yəhudi filosofu və yazıçısı, iudaizm mütəfəkkiri. == Həyatı == 1896–99-cu illərdə Vyana, Leypsiq, Sürix və Berlində fəlsəfəni öyrənmiş, həmçinin Avropa və Asiyanın mistik ənənələrinə maraq göstərmişdir. 1898–1904-cü illərdə sionist hərəkatının demokratik fraksiyasında iştirak etmiş, lakin sonralar siyasi sionizmdən uzaqlaşmış, mədəni-milli yəhudi hərəkatının nüfuzlu ideoloquna çevrilmişdir. Buber dinc anarxizmə və M. Qandi ruhunda qeyri-zorakı təsir ideyalarına rəğbət bəsləyir, yəhudilərin Fələstində dövlətsiz və ordusuz azad kooperativ məskənlərinin olmasını arzulayırdı. Frankfurt-Mayn Universitetinin (1924–33), 1938-ci ildə Fələstinə mühacirət etdikdən sonra Yerusəlimdə Yəhudi Universitetinin (1938–51) professoru, 1960–62-ci illərdə İsrail Elmlər Akademiyasının prezidenti olmuşdur. == Fəaliyyəti == İkinci dünya müharibəsindən sonra ABŞ və AFR-də mühazirələr oxumuş, ərəb -yəhudi düşmənçiliyini və Fələstin ərəblərinə münasibətdəki antihumanist hərəkətləri pisləmişdir. Əsas əsərləri: "Mən və Sən" ("Ich und Du", 1923), "İlahi Çarlığı" ("Königtum Gottes", 1932), "İnsanın problemi" ("Das Prob lem des Menschen", 1948) "Etiqadın iki obrazı", ("Zwei Glaubensweisen", 1950), "Xeyir və Şərin obrazları" ("Bilder von Gut und Böse", 1952) və s. Buberin fəlsəfəsi ekzistensializmə yaxındır; onun başlıca ideyası: varlıq Allah və insan, insan və dünya arasında "dialoq" kimidir. Yunan monologizminə qarşı duran "dialoq" ruhunu Buber Bibliyadakı dünya anlamında axtarırdı. Buber xasidizmin panteist ənənələrinə xüsusi diqqət ayırmışdır.