bulaq-abidə 2021
bulaqotu
OBASTAN VİKİ
Bulaqçılar
Bulaqçılar (lat. Trichoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Bulaqçılar xarici görünüşcə kəpənəklərə oxşardır. Lakin kəpənəklərdə qanadlar pulcuqlarla örtülü olduğu halda, bulaqçılarda bu örtük tükcüklərdən ibarətdir. Qanadları eyni tiplidir, iki cüttdür və sakit halda bel hissəyə qatlanır. Bulaqçılar 15–25 mm uzunluqda olan cücülərdir. Başda bir cüt iri gözlər və bəzəndə onların arasında 3 sadə gözcük olur. Bığcıqları uzundur və qılşəkillidir. Ağız orqanları zəif inkişaf etmişdir.