BULUDLUQ

göydə buludların miqdarını və onların bütün göy qübbəsinə nisbətən tutduqları sahəni göstərən kəmiyyətdir. B. 10 balla (və ya %-lə) ölçülür. Məsələn, B.5 ball olduqda, deməli, göy üzünün 0,5-ni (50%) buludlar örtmüşdür. Yer kürəsində B.-ilboyu çox yüksəkdir (55-60%), həm Şimal, həm də Cənub yarımkürəsinin 20-350 enliklərində B. azalır, orada B.40-45% təşkil edir. Sonra yüksək, enliklərə doğru artaraq 60-800 paralellərdə ən yüksək olur, yəni 65-70%-ə çatır. Qütblərin üzərində buxarlan-manın az olması ilə əlaqədar olaraq B.yenidən azalır. Yer kürəsinin orta B.-u 54%-dir. Ümumiyyətlə B. okeanların üzərindəkinə nisbətən qurunun üzərində azdır. Yer kürəsində ən buludlu rayonlar Atlantik okeanının şimal hissəsi və Arktika (orta illik B.81-84%), habelə Antarktidadır (85-86%). Rusiyada ən çox B. Ağ dəniz sahillərində müşahidə olunur (80%-ə qədər). Səhralarda B.daha azdır. Məsələn, Böyük Səhrada orta illik B.24% (bəzi yerində hətta 5 %), Termezdə isə (Özbəkistan) 27 %-dir.
BULUD
BULUDÖLÇƏN

Digər lüğətlərdə