BURU

сущ. рези, колики при расстройстве желудка. Qarın burusu колики в животе
BURSİT
BURUCU
OBASTAN VİKİ
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Azərbaycan–Burundi münasibətləri
Azərbaycan–Burundi münasibətləri — Azərbaycan Respublikası ilə Burundi Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin mart ayının 2-də qurulmuşdur.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Bidens burundiensis
Bidens burundiensis (lat. Bidens burundiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Buruc
Buruc — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Buruc kənd inzibati ərazi dairəsinin mərkəzidir. Dağətəyi düzənlikdədir. İlk dəfə XVI əsrə aid mənbələrdə Buruncru variantında təsadüf olunur. 1917-ci ildə Cavanşir qəzasında Təzə Bruc və Bruc Həsənqaya adlı iki yaşayış məntəqəsi, Lənkəran qəzasında Burçalı, 1933-cu ildə Zəngilanda Burcalılar adlı kəndlər qeydə alınmışdır". Mənbələrin məlumatına görə, kənd əvvəllər Ağdərə rayonunun İorbulaq adlı ərazisində olmuşdur. 1918-ci ildə erməni qırğınları zamanı əhali indiki əraziyə köçmüş, yeni yaşayış məntəqəsinə əvvəlki adı verilmişdır. Ərazidə Buruc adlı əkin yeri də var. Kəndin əhalisi yerli BUruc camaatı təşkil edir Azərbaycan dilinin yerli dialektlərində burusux tutqun", buruz "ədavət, kin", "acıqlı, kinli"( bu ləqəblər adlar onlara ona göre verilmişdir ki, olar öz tayfalarına hansısa qarətciləri yaxın buraxmır düşmən tayfalara qorxunc kin bəx etmişdilər) mənalarında işlənməkdədir Buruc sözunun məşəyi qədim tür tayfalarının adı ilə bağlıdır.Türküyədə və keçmiş irəvan xanlıqı ərazisində Buruc düzü deyilən ərazilər möcud olub.bəzi mənbələrin məlumatnda göre Buruc adının mənası Bürc və Burc adlarnan götürülüb.Buruc əhalisi ta qədimdən hec bir tayfa ilə geniş əlaqəsi olmayan bir tayfa olaraq hələdə mövcudur(yani bu tayfa hamısı bir birinə sıx qohumluq əlaqələri ilə bağlıdır).Buruc tayfası sırf İrəvan xanlıqının bəzi əraziləri Qarabağ ərazisinin ən qədim və yerli tayfasıdır.kəndin əsas məşquliyyəti əkincilik və maldarlıqdan ibarəti.Kəndin indiki ərazisi bəzi mənbələrdə 7 təpə adlanır. 7 təpə adlanmaqının səbəbi həmən ərazidə 7 ədəd 4 böyük 3 xırda qədimi təpədən ibarət olmasıdır..
Buruc Surəsi
85-ci surə əl-Buruc (Bürclər) surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir). Surə adını ilk ayədə işlənən və bürclər mənasını verən əl-Buruc sözündən götürmüşdür. Sürənin Məkkə dövrünün ortalarında bütpərəstlərin müsəlmanlara qarşı əziyyət və işgəncələrə başlamalarından sonra endirildiyinə inanılır. Buruc sürəsində Allahın qüdrətindən, Allah uğrunda sıxıntı çəkənlərin cənnətə gedəcəklərindən, müsəlmanlara zülm edənləri üçün isə pis sonun olduğundan bəhs edilir.
Buruciyə mədrəsəsi
Buruciyə mədrəsəsi və ya digər adıyla Hacı Məsud mədrəsəsi — Türkiyənin Sivas şəhərində yerləşən mədrəsə. 1271-ci ildə, Anadolu Səlcuqlu sultanlarından III Qiyasəddin Keyxosrov zamanında Həmədan yaxınlığındakı Burucirddən gəlmə Müzəffərddin Burucirdi tərəfindən inşa etdirilmişdir. Elmi işlər üçün mədrəsə olaraq inşa etdirilmiş və dövrün müsbət elmlərinin oxudulduğu bina olaraq uzun illər istifadə edilmişdir. Sarımtıl rəngli daşlardan oyma olaraq inşa edilən giriş qapısı və həyət qarşısındakı daxili hissə, dövrün Səlcuqi daş oymacılığının ən gözəl nümunələrindəndir. Tikinti kvadrata yaxın düzbucaqlı planlı olub, üzəri açıq həyət ətrafındakı sütunlu revaklar və bunların gerisində olan hücrələrdən ibarətdir. Giriş qapısının sol yanında mavi və qara çinilərlə bəzəkli türbədə mədrəsə binasını inşa etdirən Burucerdioğlu Muzaffer Beyin (Hacı Məsud) və uşaqlarının qəbirləri yerləşir. Türbənin yanında da iki beşik tonozlu kiçik otaq var. Revakların arxasında mədrəsə otaqları, ana eyvanın yanlarında da iki qübbəli otaq vardır. Vaqfiyəsində binada bir də kitabxana olduğu anlaşılmaqdadır. Daş işləmələrində ağırlığın tac qapıda yer aldığı görülür.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Burulmuş şam
Burulmuş şam — Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2–8 sm, qalınlığı 0,7–2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxçı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3–0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3–8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5–15 sm olub, narıncı-qırmızı rənglidir.
Burulğan (1986)
Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər. Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Burulğan (film, 1986)
Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə Ömərova və Vidadi Həsənov ifa edirlər. Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Məmməd Məmmədov — Murad Eqle Qabrenayte — Nata Eldar Tağıyev — Ruslan Həmidə Ömərova — Tamara Vidadi Həsənov — Adil Əminə Yusifqızı — Katibə Ofeliya Məmmədzadə — Ana Filmi səsləndirənlər: Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Burumzəmitaxtasi
Burumzəmitaxtasi — Cəbrayıl rayonunun Nüsüs kəndində əkilən (zəmi) dağ düzənliyinin adı.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Burun (Xudabəndə)
Burun — İranın Zəncan ostanında kənd.. Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 30 km. cənub-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (68 ailə).
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Burun (dəqiqləşdirmə)
Burun
Burun arakəsmə sümüyü
Burun balıqqulağı sümüyü
Burun boşluğu
Burun boşluğu və ya burun keçidi − üzün ortasında, burunun üst və arxa hissəsində içi hava dolu böyük bir boşluqdur. Hər boşluq iki burun dəliyindən birinin davamıdır. "Burun boşluğu" termini burunun iki tərəfinin hər birinə ayrılıqda və ya birlikdə aid edilə bilər. Hər bir burun boşluğunun yan divarı, əsasən əng sümüyündən ibarətdir. "Burun boşluğu" termini burnun iki boşluğunun hər birinə və ya birləşdirilmiş iki tərəfə aid edilə bilər. Hər burun boşluğunun yan divarı əsasən çənə sümüyündən ibarətdir. Bununla birlikdə, palatin sümüyünün perpendikulyar lövhəsi, medial pterygoid lövhə, etmoid labirint və aşağı konka ilə kompensasiya olunan bir çatışmazlıq var. Paranazal sinuslar ostia adlanan kiçik deşiklər vasitəsilə burun boşluğuna bağlanır. Bu ostiaların əksəriyyəti burunla yan burun divarı vasitəsilə, yarımaysal boşluq kimi tanınan yarımaysal depressiya vasitəsilə əlaqə qurur. Fasilə yanal olaraq unsinat prosesi kimi tanınan bir proyeksiya ilə bağlanır.
Burun sümüyü
Burun sümüyü —
Burundi
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
Burundi Krallığı
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur. Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi.
Burundi Respublikası
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
De Burun sarayı
De Burun sarayı — XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1891–1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmişdir. Azərbaycan Dövlət Filarmoniyası ilə üzbəüz yerləşən saray binası Mircəfər Bağırovun 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə verməsindən sonra bu günə kimi muzey kimi fəaliyyət göstərib. Hazırda sarayda muzeyin I korpusu yerləşir. 26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir. 31 avqust 1888-ci ildə sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.

Digər lüğətlərdə