BUXOVSUZ
BUKET
OBASTAN VİKİ
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Buxta Üzərində Günəş (1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Buxta üzərində Günəş (film, 1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Gelencik buxtası
Gelencik buxtası — Qara dənizin şimal-şərq sahilində donmayan buxta. Qədim dövrlərdən hərbi və ticarət məqsədləri üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində ümumrusiya əhəmiyyətli kurort ərazisi kimi inkişaf etməyə başladı. Buxta1829-cu ildə Rusiya İmperiyasının tərkibinə daxil oldu. İnzibati cəhətdən buxta Rusiyanın Krasnodar diyarının bir hissəsidir. Körfəzin su sahəsi donmayan olduğundan, bir çox su quşları üçün vacib qışlama və yuvalama yeridir. Hazırda körfəzin sahilləri sıx məskunlaşıb və güclü antropogen təsirə məruz qalır. == Coğrafiyası == Gelencik buxtası Qara dənizin şimal-şərq hissəsindədir və at nalı şəkilli formaya malikdir. Dərinliyi azdır. Körfəzin qərb sahili alçaq, təpəlikdir və tədricən dənizə enir.
Halonq buxtası
Halonq buxtası (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Görünüşü == Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır.
Hidra buxtası
Hidra buxtası — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Varna yarımadası sahillərindən 200 m şimal-şərqdə yerləşmişdir. Qarqoyle burnundan şimalda yerləşmişdir. Buxta Heraklın məğlub etdiyi nəhəng Lerney hidrasının adını daşıyır. == Yerləşməsi == Hidra buxtası 62°27′54″ c. e. 60°08′15″ q. u. koordinatlarında yerləşmişdir. Siddins burnundan 17.7 km şimal-şərqdə, Villiyams burnundan 1.42 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Kojevnikov buxtası
Kojevnikov buxtası — Laptevlər dənizində, Xatanqa çayının mənsəbində formalaşan buxta. Xatanqa körfəzində Xara-Tumus və Nordvik yarımadaları arasında yerləşir. Qərbdən açıq dənizə çıxışı vardır. Materik daxilinə 48 km məsafədə uzanır. Eni çıxacaqda 20 km, dərinliyi isə 7 metrdir. Buxta rus ordusunun zabiti, 1905-ci ildə bu buxtanı tətqiq edən Mixail Yakovleviç Kojevnikovun şərəfinə adlandırılmışdır. Buxatnın sahillərində tundra bitkiləri yayılmışdır. İlin böyük qismi buzla örtülü olur. Buxataya İlya, Carqalax, Semieriskaya, Takyan Yurax şayları tökülür. Cənub sahilində İlya buxtası yerləşir.
Kozloduy buxtası
Kozloduy buxtası (bolq. залив Козлодуй, ‘Zaliv Kozloduy’ \'za-liv ko-zlo-'duy\) — 1.4 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.25 km şərqdə yerləşmişdir. Kitçen burnu ilə Perelik burnu arasında yerləşmişdir. Buxta şimal-qərbi Bolqarıstanda yerləşən Kozloduy şəhərinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 (Updated second edition 2010.
Kraternaya buxtası
Kraternaya buxtası — Yankiç adasının cənubunda yerləşən elə də böyük olmayan buxta. Buxta Kraternı burnu ilə Kolpak qayası arasında qərarlaşır. Cənub hissəsədən dənizə açılır. Adanın daxilinə 1 km daxil olur. Buxtanın eni 300 m, dənirinliyi isə 56 metr təşkil edir.. Buxtanən sahəsi 0,7 km²-dir. Buxtanın sahilində Uşişir vulkanı (388 m) qərarlaşır. Qayalıqlarda tayqa meşəliyi yayılmışdır. Sahilində çimərlik yoxdur. Buxtanın çıxışı daxili hissələrinə nisbətdə dayazdır.
Kruni buxtası
Kruni buxtası (bolq. залив Круни, ‘Zaliv Kruni’ \'za-liv 'kru-ni\) — 900 m uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.15 km şərqdə yerləşmişdir. Qaliçe qayasından, Somovit burnundan şimalda, Kitçen burnundan cənubda yerləşmişdir. Buxta şimal-şərqi Bolqarıstanda yerləşən qədim Frakiya şəhəri olan Kruninin adını daşıyır. == Yerləşməsi == Kruni buxtası 62°23′34″ c. e. 59°21′20″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Köhnə Türk buxtası
Köhnə Türk buxtası — Azov dənizi, Taqanroq körfəzinin şimal sahillərində yerləşən heç zaman donmayan buxta. Buxta Taqanroq şəhəri yaxınlığında, Petruşino şəhər tipli qəsəbənin sahilində yerləşir. Buxta materikin daxilinə 1,25 km daxil olur. Onun eni çıxacaqda 5,8 km təşkil edir. Körfəzin şimal sahillərində, mərkəzi şəhər çimərliyi yerləşir. Çimərlik 2,4 km sahil xəttinə sahibdir. Buxtanın sahəsi 4,1 km², sahil xəttinin uzunluğu isə 8,63 km təşkil edir. == Tarixi == Buxta sahilində aparalılan arxioloji araşdırmalar onun zəngin tarixə malik olmasını aşkarlamışdır. Burada həm yunan-roma dönəminə aid tapıntllar aşkarlanmışdır. Xüsusi ilə Bizans imperiyasının təpələrinə aid qalıqlar üstünlük təşkil edir.
Lavrov buxtası
Lavrov buxtası — Berinq dənizinə daxil olan Olyutorski körfəzinin şimal-qərbində yerləşir. İnzibati baxımından Kamçatka diyarının Olyutorki rayonu ərazisinə daxildir. Qoven yarımadası ərazisində yerləşir. Lavrov buxtası Koryak qoruğunun üç əsas bölgəsindən biridir. == Təsviri == Jujnaya qlubokaya buxtasından 16 km çimal-qərbdə yerləşir. Koryak öndağlığı, Pılqinski silsiləsi ətrafından keçir. Bu bazımından bir fiorddur. Buxtanın uzunluğu 11 km-dir. Ən enli hissəsdə eni 6,5 km, yuxarılarda isə 1 km qədər azalır. Yuxarı hissədə qumlu dillər iki kiçik buxta əmmələ gətir:Vestovuya və Ostobuya.
Lazarev buxtası
Lazarev buxtası — düzbucaqlı formaya malik olan 28 metr uzunluğa və 24 metr enə malik olan körfəz. Körfəz I Aleksandr Torpağı ilə Rotşild adası arasında yerləşir. İki adanı birləşdirən şelf buzlağı buxtanı cənubdan əhatə edir. Körfəzin şimal sahilləri 1821-ci ildə Faddey Bellinshauzen və Mixail Petroviç Lazarev tərəfindən kəşf edilmişdir. Körfəzin şəkli səmadan Finn Ronun rəhbərlik etdiyi ekspedisiya tərəfindən 1947-1948-ci illərfə çəkilmişdir. 1960-cı ildə isə Britaniya Antarktida xidməti tərəfindən çəkilir. Buxta Mirniy gəmisinin kapitanı Mixail Petroviç Lazarevin şərəfinə adlandırılmışdır.
Makarov buxtası
Makarov buxtası — Kara dənizinin Pyasin körfəzində yerləşən buxta. Buxta Taymır yarımadasının Pyotr Çiçaqov sahilində qərarlaşır. Buxta vitse-admiral, qütb araşdırmaçısı в Stepan Osipoviç Makarovun şərəfinə adlandırılmışdır. Buxtaya çoxlu sayda çay tökülür: Makarov, Domba və Lovkix. Sahillərində bir necə qışlaq vardır.
Mariya Pronçişeva buxtası
Mariya Pronçişeva buxtası — Laptevlər dənizində, Taymır yarımadasının şərq sahillərində yerləşən buxta. Xatanqa körfəzindəndən 75 km şimalda yerləşir. Buxtanın uzunluğu 60 km, eni isə 3 – 10 km arasında dəyişir. Ən dərin yeri 22 metrdir. Buxtadan qərbdə Bırranqa dağları yerləşir. Bu hissədən buxtaya çaylar axır. İlin böyük qismi buzla örtülüdür. Ətrafında tundra bitkiləri yayılmışdır. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir. 1736-cı ildə Vasili Vasileviç Pronçişev tərəfindən kəşf edilmişdir.
Meçiqmen buxtası
Müçiqmen buxtası — Berinq dənizi sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi, Çukot rayonu ərazisinə daxildir. Körfəzin sahəsi 1500 km²-dir. Su toplayıcı sahəsi isə 6000 км² bərabərdir. Körfəzin çukot dilindən tərcüməsi daxil olmayan mənasını verir. Körfəz ilk dəfə 1744-cü ildə Dmitri İvanoviç Psavluskinin ekspedisiyası tərəfindən kəşf edilmiş və xəritəyə saslınmışdır. Meçiqmen buxtası Berinq dənizində iki dillə ayrılır: Meçiqmen (13 km) və Raupelyan. Onlar öz aralarında 500 metrlik boğazla ayrılırlar. Dillər bununlada buxtanı açıq dənizdən ayırır. Körfəz materikin daxilinə 35 km məsafədə daxil olur.
Mikalvi buxtası
Mikalvi buxtası — 1.9 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.35 km cənub-qərbdə yerləşmişdir. Kermen yarımadasından şimal-qərbdə, Edvards burnu ilə Zahari burnunun arasında yerləşmişdir. Avren qayaları buxtanın dərinliklərində yerləşir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Buxta Çili Antarktida ekspedisiyaların birində iştirak edən kapitan Mikalvinin adını daşıyır. Mikalvi buxtası 62°26′59″ c. e. 59°31′14″ q. u. koordinatlarında yerləşmişdir.
Naqaev buxtası
Naqaev buxtası — Oxot dənizinə daxil olan Tauy körfəzinndə yerləşən buxta. İnzibati cəhətdən Maqadan vilayəti ərazisinə daxildir. Naqaev buxtası meredianal şəkildə Staris yarımadasının qərb sahili boyunca 16 km məsafədə uzanır. Qərb istiqamət istisna üş tərəfdən yaxşı qorunur. Oxot dənizində gəmilərin dayanacağı baxımından ən yaxşısı hesab edilir. Buxtanın şərq sahillərində Maqadan şəhəri yerləşir. Şimalında isə Maqadan dəniz ticarət limanı vardır. Qabarmanın hündürlüyü 4 metrə çatır. Buxatnın sahilləri az girintili-çıxıntılıdır. Ən böyük eniş Zamok burundan şərqdə müşahidə edilir.
Natali buxtası
Natali buxtası — Kamçatka diyasının şimal-şərq sahillərində yerləşən buxta, Olyutorski rayonu ərazisinə daxildir. Burun Berinq dənizində Savvatiya və Vısoki burunları arasınada yerləşir. "Natali buxtası" termini adətən hazırda tərk edilmiş Natalinski qəsəbəsi anlatmaq məqsədilə işlədilir. Belə ki bu qəsəbə buxtanın cənub-qərb sahillərində yerləşir. Yaxınlıqda Müqəddəs Pyotr və Müqəddəs Pavl buxtaları vardır. Bu üç buxtaya girişdə yerləşən qayalı ada vardır. Boqoslov adası yerli əhəmiyyətli zoioloji təbiət abidəsidir. Natali buxtasına Vatına çayı tökülür. Buxta ətrafında maksimal hündürlük 809 metrdir. Natali dağı buxtanın cənub-qərbində yerləşir.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Nevestino buxtası
Nevestino buxtası (bolq. залив Невестино, ‘Zaliv Nevestino’ \'za-liv ne-'ves-ti-no\) — 1.55 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.5 km şimalda yerləşmişdir. Hammer burnu ilə Katarina burnu arasında yerləşmişdir. Buxta cənub-şərqi, qərbi və cənubi Bolqarıstanda yerləşən Nevestino şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 (Updated second edition 2010.
Nordvik buxtası
Nordvik buxtası — Laptevlər dənizinin cənub-qərbində, Taymır yarımadasının şərqində yerləşir. Materikin daxilinə 37 km məsafədə uzanır. Eni 37 km-dir. Maksimal dərinlik 39 metrdir. Buxta Xatanqa körfəzində Xara-Tumus və Norvik yarımadası arasında yerləşir. Buxta 1739-cu ildə «Yakutsk» şlyupunda kəşf edilmişdir. "Şimal" mənasını verir. 1930-cu illərdə bura çoxlu burqıranlar toplanırdı. Şimal Dəniz yolu üzərində yerləşən Tiksi və Şmidt burnu qəsəbələrində hava limanları inşa edilmişdi. Nordvik qədəbəsi isə şəhər şəhərə çevrilməli idi.
Pirsaat buxtası
Pirsaat buxtası - inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonunu ərazisinə daxil Körfəzə yaxın yaşayış məntəqəsi Pirsaat qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən bir necə milometrlik məsafədə Sualtı adaları yerləşir. Sahil hissəsi dəniz səviyyəsindən -29 metr (-95 feet) təşkil edir. Buxta şimaldan Pirsaat burnu, cənubdan isə Bəndovan burnu ilə əhatələnir. Dib hissəsində tektonik proseslərin təsiri ilə qalxır. Bu səbəbdən dərinlik elədə yüksək deyildir.
Provideniya buxtası
Provideniya buxtası — Çukot yarımadasının cənub-şərq sahillərində, Berinq dənizinə daxil olan Anadır körfəzində yerləşən buxta. sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Buxtaya giriş şərqdən Lısaya Qolova, qərbdən isə Lesovski burunları ilə daraldılır. Lısaya qolova buernu Çukotski burnundan 11 km şimal-qərbdən qərbdə yerləşir. Buxtanın eni girəcəkdə 8 km, uzunluğu isə orta xətt boyunca 34 km təşkil edir. Emma havanının yuxarısında eni 4 km, aşağı hissədə isə 2,5 km-dir. Buxta aşağı hissəsə şimal-şərqə, sonradan isə şimala yönəlir. Burada onun eni 2 kilometrə çatır. Buxtanın sıldırımlı sahilləri vardır.
Qalapaqos buxtası
Qalapaqos buxtası — 210 m uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 70 m şimal-şərqdə yerləşmişdir. Spark burnu ilə Fiqeyroa burnu arasında yerləşmişdir. Buxta Ekvadorda yerləşən Qalapaqos adalarının adını daşıyır. Qalapaqos buxtası 62°26′39″ c. e. 59°43′33″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov.
Qarinya buxtası
Qarinya buxtası (bolq. залив Гърня, ‘Zaliv Garnya’ \'za-liv 'g&r-nya\) — 1.2 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşmişdir. Smirnenski burnundan cənub-şərqdə, Perelik burnundan şimal-şərqdə yerləşmişdir. Buxta şimali Bolqarıstanda yerləşən Qarinya şəhərinin adını daşıyır. Qarinya buxtası 62°22′25″ c. e. 59°22′40″ q. u. koordinatlarında yerləşmişdir. L.L. Ivanov.
Retije buxtası
Retije buxtası (bolq. залив Ретиже, ‘Zaliv Retizhe’ \'za-liv re-ti-'zhe\) — 5.8 km uzunluğu olan və Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 6.2 km cənubda yerləşmişdir. Duse körfəzinin bir hissəsidir, Boil burnundan qərbdə, Qarvan burnundan şərqdə yerləşmişdir. Buxta cənub-qərbi Bolqarıstanda yerləşən Pirin dağından axan Retije çayının adını daşıyır. Retije buxtası 63°28′10″ c. e. 57°25′30″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Rocers buxtası
Rocers buxtası — Çukot dənizində Vrangel adası sahilində yerləşən dayaz buxta. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. Buxtanın sahilinə yaxın hidrometeoloji stansiyası və Uşakovskoye qəsəbəsi yerləşir. Buxta kapitan Berrinin əmri ilə öz gəmisinin şərəfinə adlandırılmışdır. Bu gəmidə adanın sahilinə 1881-ci ilin 25 avqustda lövbər salmışdır. Buxta Vrangel adasının cənub-şərqində yerləşir. Buxtanın şərqində Proletarskiy burnu yerləşir. Sahilləri qayalıqdır. Uzunluğu 8 km, maksimal dərinliyi 2,7 metr təşkil edir. Buxtanın sahillərində ilin 80—88 günü duman nüşahudə edilir.

Значение слова в других словарях