buzçuluq
buzə 2021
OBASTAN VİKİ
Buzdağı
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari.Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiya buzlarından qopan aysberqlərin ildə 400 km-ə qədəri Nyufaundlend adası enliyinə qədər gəlir.

Digər lüğətlərdə

автобиографи́зм папа́х по со́лнцу распа́дина деклама́торша есау́лов каса́ние напока́з нефтедобыва́ющий соляриза́ция спу́тник високос заяц axial baseline ceilidh Changsha indictee knag rockslide unpolished агентство завихриться канитель палеонтолог