Byte

das; -s, -s EDV. bayt, informasiya vahidi (bir baytın 8 biti var)
Bypass
Byzantiner
OBASTAN VİKİ
ByteDance
ByteDance Ltd. (çin. 字节跳动; pinyin: Zìjié Tiàodòng) — Çinin internet texnologiyaları şirkəti. Baş qərərgahı Pekindədir, rəsmi olaraq isə Kayman adalarında qeydiyyatdan keçmişdir. 2012-ci ildə Zhang Yiming, Liang Rubo və başqaları tərəfindən təsis edilən ByteDance şirkəti məşhur video paylaşma platformaları TikTok və Douyin-i yaratmışdır. Şirkətin həmçinin sahib olduğu Toutiao adlı xəbər platforması da var. ByteDance Ant Financial (Alipay ödəmə sisteminin operatoru) və DiDi (taksi sifarişi servisi) ilə birlikdə Çinin aparıcı "unicorn (və ya təkbuynuz) şirkətlərinin" (bazar qiyməti 1 mlrd dollardan artıq olan startaplar) ilk üçlüyünə daxildir. Bundan əlavə, ByteDance Çin internet şirkətlərinin "böyük beşliyinə" daxildir (Alibaba Group, Tencent, Baidu и NetEase ilə birlikdə). Çin hökuməti ilə əlaqələrinə, siyasi senzura və öz əlavələrinin istifadəçilərinin şəxsi məlumatlarını yığdığına görə ByteDance bir neçə dəfə ABŞ və başqa ölkələrdə istintaq altına düşmüşdür. ByteDance əlavələrinin kontentini nəzarət edən minlərlə senzorlar arasında Çin Kommunist partiyasının üzvləri üstünlük təşkil edir.