BÜKMƏK

f.
1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək.
– O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli.

// Örtmək.
Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü. S.Hüseyn.

2. Sarımaq, bürümək. Şeyləri kağıza bükmək.
– Hədiyyə bir parça çörək götürüb, qəzetə bükdü… Mir Cəlal.

// Tütünü kağıza qoyub papiros düzəltmək.
…Şamil isə cibindən tütün qutusunu çıxarıb, yoğun bir papiros bükdü. M.Hüseyn.

3. Əymək.
Nikişin zabitin çiyinlərindən tutub, dala bükdü. M.İbrahimov.
Yay kimi bükərək ayaqlarını; Qəfildən sıçradın qaranlıqlara. R.Rza.

4. Qatlayıb tikmək, sırımaq. Dəsmalın qıraqlarını bükmək.
◊ Abrını ətəyinə bükmək – bax abır.
Belini bükmək – bax bel.
Boynunu bükmək – bax boyun.
Büküb-bükmələmək – yıxmaq, basmaq, əzişdirmək.
Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd heylə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə.

Синонимы

  • BÜKMƏK qatlamaq — əzmək
  • BÜKMƏK sarımaq — dolamaq

Антонимы

  • BÜKMƏK BÜKMƏK – AÇMAQ Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü (S.Hüseyn); Yenə Səmayənin açılmış başı; Qara hörükləri titrəd

Этимология

  • BÜKMƏK Bürümək, pətək, fitə sözləri ilə qohum ola bilər, əsli betədir (hər tərəfdən örtmək). (Bəşir Əhmədov
BÜKMƏ
BÜKÜCÜ

Значение слова в других словарях

кольче́ц напу́тный низкоудо́йный предопределя́ть призывни́к сельча́нка скандина́вцы узако́ниваться авторите́т без... лепи́ться надры́в цехи́н паина driving evener oil-paper аренда культиватор несовершеннолетие потрошить просинь разогревание социально таксатор