BÜLƏND

нареч. устар. высоко; обычно в сочет. асиманя, ərşə bülənd olmaq подняться высоко, до небес
BÜLDÜRÜK
BÜLƏNDPƏRVAZ
OBASTAN VİKİ
Bülənd Ecevit
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.
Bülənd Ulusu
Bülənd Ulusu (7 may 1923, Üsküdar, İstanbul ili – 23 dekabr 2015, İstanbul) – Türkiyə Respublikasının Baş naziri (1980–1983-cü illər). == Həyatı == Saim Bülənd Ulusu 1923-ci ildə İstanbulda anadan olmuşdur. 1 may 1940-cı ildə Hərbi Dəniz Məktəbinə daxil olmuş və 15 oktyabr 1941-ci ildə "asteğmen" (ən kiçik hərbi rütbə) rütbəsi alaraq buranı bitirmişdir. Bundan sonra müxtəlif qərargah vəzifələrində çalışmışdır. 1955-ci ildə Hərbi Dəniz Akademiyasını bitirmişdir. TCG Gaziantepe Komutanlığı və müxtəlif qərargah vəzifələrini icra etmiş və briqada generalı rütbəsinə (1964-cü il) qədər yüksəlmişdir. Bu rütbədə Dəniz Qüvvələri Komutanlığı Harekat Dairə Başqanlığında mina flotunda komandir köməkçisi vəzifəsində çalışmış, 1967-ci ildə general-mayor rütbəsi almışdır. Hərbi Flot Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı Hətəkatı Başqanlığında çalışmışdır. 1970-ci ildə general-leytenant rütbəsi almışdır. Şimal Dəniz Sahə Komandanı, , Dəniz Qüvvələri Komandanlığı qərargah rəisi və Dəniz qüvvələri Komandanı vəzifələrini yerinə yetirmiş və 1974-cü ildə general rütbəsini almışdır.
Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər (1936, Sivas)— Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub. Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi.
Zonquldak Bülənd Ecevit Universiteti
Zonquldak Bülənd Ecevit Universiteti (türk. Zonguldak Bülent Ecevit Üniversitesi; keçmiş adı ilə Zonquldak Karaelmas Universiteti) — Türkiyənin Zonquldak şəhərində yerləşən dövlət universiteti. Universitet 1992-ci ildə Mədən və Mühəndislik üzrə təhsilə əsaslanaraq yaradılmışdır. == Tarixi == Universitet 2008-ci il tarixli Qanuna uyğun olaraq Zonquldakda qurulmuşdur. 11 iyul 1992-ci il tarixli 3837 saylı fərmanla qəbul edilmiş və 1 yanvar 1993-cü ildə "Zonquldak Karaelmas Universiteti" olaraq yaradılmışdır. Qara dəniz hövzəsindəki kömür mədənlərinin texniki təhsilli kadrlar tərəfindən istismarı üçün 1924-cü ildə Zonquldakda Mədən Mühəndisliyi Məktəbi yaradılmış, lakin sonradan bağlanmış və yerinə daha sonra Mədən və Mədən Ustaları Peşə Məktəbi yaradılmışdır. 1949-cu ildə Mədən Texniki Məktəbinə çevrilmişdir. Bu qurum 1961-ci ildə İstanbula köçüb. 1962-ci ildə qəbul edilən "Zonquldakda Yeni Texniki Məktəbin Açılması haqqında 165 saylı Qanun" ilə bu texnikum 1184 saylı qanunla "Dövlət Mühəndislik və Memarlıq Akademiyası"na çevrildi və binalar tikilməyə başladı. Bartın Meşəçilik Fakültəsi, Devrek Ədəbiyyat Fakültəsi, Karabük Texniki Təhsil Fakültəsi və Tibb Fakültəsi Vəqf Qanunu çərçivəsindədir.

Digər lüğətlərdə