bədhesab
bədheybətlik
OBASTAN VİKİ
Bədheybət
Bədheybət — mifologiyada, nağıllarda və əfsanələrdə təsvir olunan vəhşi heyvan, qeyri-adi, yırtıcı varlıq. Türk mədəniyyətində Güyuk (Guyuk) və ya Azman kimi də adlandırılır. Müxtəlif şəkildə təsvir edilmişdir. Çox vaxt hər cür qeyri-adi və yırtıcı canlını ifadə etmək üçün bu termindən istifadə olunur.
Şkafdakı bədheybət
Şkafdakı bədheybət (ing. Closet Monster) — 2015-ci ildə ekranlara çıxan Kanada filmi. Oskar Medli hələ də uşaq ikən aldığı ağır travmanın təsiri altındadır. Şkafdakı bədheybət — Internet Movie Database saytında.
Bədheybət (film, 2003)
«Bədheybət» (ing. Monster) — rejissor Petti Cenkinsin dram filmi. 2003-cü ildə birgə alman-amerikan istehsalı ilə ekranizasiya edilmişdi. Filmin süjetinə, Floridadan olan real seriyalı qatil Eylin Uornosun həyat tarixçəsi qoyulub. == Süjet == Həyatından bezmiş küçə fahişəsi Eylin Uornos barda gənc və yaraşıqlı Selbi Uoll ilə tanış olur. Məhz Selbidən, o xırdaca diqqət alır və onunla həmsöhbət olur. Bundan başqa Selbi lesbiyandır, bu da onu qadınlarla təmasa girməyə vadar eləyir. Amma Eylinlə kontakt yaratmaq çox çətindir. Eylin əvvəlcə Selbinin meyllərinə qarşı olur, lakin sonradan ona aşiq olur. Seks müştərilə görüşdükdə (slenq ifadədə onun adı Condur — John Doe «anonim» mənasını verir).
Gözəl və Bədheybət (film, 1991)
Gözəl və bədheybət (ing. Beauty and the Beast) — 1991-ci ildə istehsal olunmuş ABŞ cizgi filmidir. Cizgi filmi fransa yazarı Janna-Mari Leprens de Bomonun (fr. Jeanne-Marie Leprince de Beaumont) eyni adlı əsəri əsasında hazırlanmışdır. 1946-cı ildə Fransada istehsal olunmuş "Gözəl və bədheybət" filmindəki bir sıra epizodlar bu cizgi filminə bənzəyir. "Gözəl və bədheybət" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 30-cu klassik qısametrajlı cizgi filmidir. İlk dəfə 29 sentyabr 1991-ci il tarixində Nyu-York kinofestivalında göstərilmişdir. Cizgi filmi 2002-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == Cizgi filminin açılışında Şahzadənin canavara çevrilmə hekayəsi müxtəlif səhnələrdə izah edilir. Buna görə, özünü yaşlı bir dilənçi qadın olaraq gizləmiş bir pəri şahzadəyə soyuq qış gecəsində sığınacaq qarşılığında tək bir gül təklif edir.
Gözəl və bədheybət (cizgi filmi, 1991)

Bədheybətlər dəstəsi (film, 1987)
Bədheybətlər dəstəsi (ing. The Monster Squad) — 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Bədheybətlər haqqında filmlər
Bədheybətlər haqqında filmlər — əsas süjet xəttini əntər, div, cin kimi bədheybət məxluqlarla mübarizə təşkil edən film janrıdır. Bu janr elmi fantastika, komediya və qorxu film janrları ilə sıx bağlıdır. Janr qorxu ədəbiyyatı nümunələrinin ekranlaşdırılması ilə inkişaf etmişdir.
Frankenşteynin bədheybəti
Frankenşteynin bədheybəti - Oslodan olan Şahzadə. e.ə 200 cü ildə dünyaya gəlib. Boyu - 286 sm Çəkisi- 90 kq Rəngi- Sarı Elmi bilen,sərkərdə Azqartda Zefs tərəfindən övladlığa götürülüb. Frank adını Məşhur sərkərdə Frankı öldürüb adı qazanıb. 2000 dən çox elmi məqalənin sahibidir. 2021 ci il də mifologiyaya görə Yaşıl adam adını alacaqdır.Yaşıl adam Yaş möhtəşəm,ədalətli il isə imperator demekdir. 2017-ci ildən Türmələrə düşməli,2000-ci ildə çıxmalıdır. 2017 ci ildən sevdiyi insan ona zəyanət edəcək və ölümünün səbəbkarı olacaqdır. 2021-ci ilin noyabrın 27 də Zefs tərəfindən öldürülməyə cəhd ediləcək. Məhz noyabr ayının 27 də onun yazdığı qanunlar qüvvəyə minəcək.
Frankenşteynin bədheybəti (personaj)

Ness gölü bədheybəti
Ness Gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi (ing. Nessie) — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Uzun adı Loch Ness Monster (Ness Gölü bədheybəti) sayılır. İlk dəfə 1933-cü ildə dünyada xəbər olsa da ,tarixi 6-cı əsrə gedib çıxır. Onun mövcudluğunu iddia edənlər onu Plesiosauria cinsinə aid edirlər .Ancaq elm adamları Nessienin həqiqətən var olduğuna inanmır. 7-ci əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki ,Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür . 22 iyul 1933-cü ildə George Spicer və onun arvadı yoldan keçən böyük bədənə sahib olan bir varlıq görürlər . 1933-cü ilin avqustunda gecə vaxtı Arthur Grant suiti və plesiosaurın hibridi olan və uzun boynu olan heyvan görür və o, iddia edir ki,Nessie də Arthuru gördükdən sonra gölə qayıdır . 1934-cu ilə aid olan bu şəkildə Nessienin başı ve boynu görwnwr.
Qızın bədheybətlə mübarizəsi (film, 2012)
Qızın məxluqla mübarizəsi (ing. Girl vs. Monster) — 2012-ci ildə çəkilən orijinal Disney Channel filmidir.
Bədheybətlər şirkəti
Bədheybətlər şirkəti (ing. Monsters, Inc.) — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir. == Məzmun == Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.
Bədheybətlər dəstəsi
Bədheybətlər dəstəsi (ing. The Monster Squad) — 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Kipo və möcüzəli bədheybətlər dövrü
Kipo və möcüzəli bədheybətlər dövrü (ing. Kipo and the Age of Wonderbeasts) — Rad Seçrist və Bill Volkoff tərəfindən yaradılmış cizgi serial. Bu Radın 2015-ci ildə təqdim etdiyi "Kipo" adlı veb-komiks əsasında çəkilib. Serialın ssenarisi, personajları və süjet xətti DreamWorks tərəfindən, animasiyası isə Cənubi Koreya studiyası Mir tərəfindən həyata keçirilir. == Məzmun == Serial Kipo Oar adlı gənc qızın atasını tapmaq üçün axtarışa çıxdığı macəradan bəhs edir. Yeraltı dünyadakı Evini tərk etmək məcburiyyətində qalan Kipo, uzun müddətdir itkin düşmüş atasını tapmaq üçün mutasiyaya uğramış heyvanların məskunlaşdığı yerüstü dünyaya yollanır.
İnba gölü bədheybəti
İnba gölü bədheybəti və ya İnbanuma kaycusu (印旛沼の怪獣) – Yaponiyanın Çiba prefekturasının ərazisində yerləşən İnba gölündə ortaya çıxdığı iddia olunan bədheybət. 25 sentyabr 1843-cü ildə bir neçə hökumət məmuru və işçi İnba gölünün polderində işləyərkən fırtına başlamışdır. İddiaya görə qəfildən suyun altından 4,6 metr hündürlüyündə, dikburunlu, meymunaoxşar, qara kürklü və iti caynaqlı qəribə varlıq ortaya çıxmışdır. Bədheybət hündür qayanın başında hərəkətsiz dayanıb ona baxanları süzdükdən sonra ildırım "çağırmış", onlarla şəxsin eyni anda ölümünə və yaralanmasına səbəb olmuşdur. Hadisədən sağ qurtulanlar bu hadisəni başqalarına çatdırsalar da, ömürlük xəstə qalmışdırlar. Bədheybət yoxa çıxmış və bir daha görünməmişdir. Ehtimalların birinə görə böyük bir suiti ölkənin daxili hissələrinə qədər gəlib çıxa bilmiş və yerli sakinləri çaşdırmışdır. Bir başqa fikrə görə bu, göldə aparılan işlərin qarşısını almaq məqsədilə ortaya atılmış uydurma hekayədir. 2020-ci ildə gölün yaxınlığında yerləşən Yaçiyo Bələdiyyə Folklor Muzeyində İnba gölü bədheybətinin 1:4 miqyasında olan modeli yaradılmışdır. Modelin görünüşü üç müasir mətndəki təsvirlərə əsaslanır.

Значение слова в других словарях