BƏDXASİYYƏT

BƏDXASİYYƏT (xasiyyəti pis, heç kəslə yola getməyən adam) Beləsi Mədinə kimi saf və təmiz ürəkli arvadın yox, hərcayinin, bədxasiyyətin əlinə düşsə, başına nə oyun açar.. (M.İbrahimov); BƏDXU (kl.əd.) Ol zalimi-bədxui sitəmkar; Zakirin halından deyil xəbərdar (Q.Zakir); BƏDQILIQ Qalxan kimi tutmuşam dost yolunda sinəmi; Kimin həddi var, mənə deyə ki, bədqılıqdır (R.Rza); BƏDRƏFTAR Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülmkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir (Ə.Haqverdiyev); KƏCRƏFTAR (köhn.) Görəsən fələyə kim əmr etdi ki; Sevən ürəklərlə kəcrəftar olsun? (M.Rahim); QILIQSIZ [Firuzə:] Özləri kimi qılıqsız, adamayovuşmaz insanlar bir də özləridir... (Anar); PİSRƏFTAR, RƏFTARSIZ, TÜNDXASİYYƏT(Lİ), YOLAGETMƏZ.

BƏDHEYBƏT
BƏDXU

Значение слова в других словарях