BƏDƏVİLƏR

çöl və ya səhrada yaşayan köçəri ərəblərdir. Onlar əsasən səhrada və vadidə yaşayırlar. Məhəmməd peyğəmbərin dövründə Mədinə ətrafında yaşayan Müzeynə, Cüheynə və Əsləm kimi bədəvi ərəb qəbilələri müsəlmanlarla savaşaraq onların əsasən ticarət karvanlarını qarət edərək günlərini keçirirdilər. Məhəmməd peyğəmbərin səyləri nəticəsində bədəvi Ərəblər İslamı qəbul etmişdirlər.
BƏDƏVİ ƏHMƏD
BƏDƏVİLİK
OBASTAN VİKİ
Bədəvilər
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.