BƏHAİ(LƏR)

bəhailik məzhəbinə mənsub olan adam(lar).
BƏDTƏRİQ
BƏHAİLİK
OBASTAN VİKİ
Bəhailər
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.

Digər lüğətlərdə