BƏLƏDLƏMƏK

f.
1. Bir yeri, yolu və s.-ni öyrənmək, tanış olmaq, nişanlamaq, gözaltı eləmək. Partizanlar düşmənin mövqelərini qabaqcadan bələdlədilər.
– Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. Aşıq Qərib”.
[Gəldiyev] məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi. Mir Cəlal.

2. Bələd etmək, tanış etmək, göstərmək.

Синонимы

  • BƏLƏDLƏMƏK nişanlamaq
BƏLƏDLƏMƏ
BƏLƏDLİK

Значение слова в других словарях