BƏYAN
BƏYANNAMƏ
OBASTAN VİKİ
Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. == Zəmin == İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.
Daşkənd bəyanatı
Daşkənd bəyanatı — Daşkənd Bəyannaməsi Hindistan və Pakistan arasında 10 yanvar 1966-cı ildə imzalanmış və 1965-ci ildə Hind-Pakistan müharibəsini həll edən sülh sazişi idi. Sülh 23 sentyabrda iki xalqı atəşi dayandırmağa məcbur edən xarici qüvvələrin müdaxiləsi ilə əldə edilmişdi. Münaqişə qızışa bilər və başqa gücləri cəlb edə bilər. == Tarixi == 1966-cı il yanvarın 4-dən 10-dək Özbəkistan Sovet Sosialist Respublikasında, Sovet İttifaqında (indiki Özbəkistan) Daşkənddə daha daimi yaşayış məntəqəsi yaratmağa çalışmaq üçün toplantı keçirildi. Baş nazir Aleksey Kosıginin təmsil etdiyi Sovetlər Hindistanın Baş naziri Lal Bahadur Şastri və Pakistan Prezidenti Məhəmməd Əyyub Xan arasında moderatorluq etdi. == Bəyanatın məqsədi == Konfrans uğur kimi qiymətləndirildi. Hindistan və Pakistan qüvvələrinin münaqişədən əvvəlki mövqelərinə, avqustdan əvvəlki mövqelərinə, 1966-cı il fevralın 25-dən gec olmayaraq; heç bir xalq bir-birinin daxili işlərinə qarışmaz; iqtisadi və diplomatik əlaqələr bərpa olunacaq; hərbi əsirlərin nizamlı şəkildə köçürülməsi olacaq və hər iki lider ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışacaqlar. == Bəyanatdan sonrakı mərhələ == Razılaşma hər iki ölkədə tənqid olundu, çünki onların xalqı əldə etdiklərindən daha çox güzəşt gözləyirdi. Daşkənd Bəyannaməsinə uyğun olaraq 1966-cı il martın 1-də və 2-də nazirlər səviyyəsində danışıqlar aparıldı. Bu danışıqların nəticəsiz olmasına baxmayaraq, diplomatik mübadilə bütün yaz və yay aylarında davam etdi.
Moskva bəyanatı (2021)
Moskva bəyanatı və ya Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin bəyanatı — Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli bəyanat. 1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. 2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir. 3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar. 4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.

Значение слова в других словарях