BƏYƏNMƏK [Cahandar ağa] bu işə bir tərəfdən sevinir, oğlunun öz atasına belə boyun əymədiyini, kişi kimi sözünün üstündə durduğunu bəyənirdi (İ.Şıxlı); XOŞLAMAQ Gülçöhrə Əsgərə: Bəs sən məni bir kərə görməklə xoşladın? (Ü.Hacıbəyov); XOŞUNA GƏLMƏK Təzə qırmızı donu Nərgizin çox xoşuna gəldi (Ə.Məmmədxanlı); SEÇMƏK Əsgər: ...xalamı dəxi buraya göndərim ki, baxsın görsün necə qız seçmişəm (Ü.Hacıbəyov).