Cürətli şəhər alar, cürətsiz küncdə qalar.

Lit. Cities are captured by boldness. / Cf. Cheek brings success. / None but the brave deserve the fair. / Fortune favours the bold (the brave). / Nothing venture, nothing win (have). / Nothing sake, nothing draw. / Faint heart never won fair lady. / He that hesitates is lost. / Grasp the nettle and it won’t sting you. Смелость города берёт. / Трус никогда не завоюет сердце благородной дамы. / Ср. Риск - благородное дело. (В любом деле побеждают смелые, решительные люди.)
cürbəcür şeylər (müxtəlif-müxtəlif işlər)
cüzi (çox az)
OBASTAN VİKİ
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Etnooykonimdir. Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alar Karis
Alar Karis (eston. Alar Karis; 26 mart 1958, Tartu, Estoniya Sovet Sosialist Respublikası) – Estoniya Respublikasının Dövlət Xadimi və Alim. 11 oktyabr 2021- ci ildən Estoniya Respublikasının 6-cı Prezidenti.
Alar bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alar oymağı
Alar oymağı — Şahsevən elinin qollarından biri. Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Culfa (şəhər)
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Cüzdan (şəhər)
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəmilə (şəhər)
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Dairəvi şəhər
Dairəvi şəhər (Əl-Mansur şəhəri də adlandırılır: sülh şəhəri)— 762-767-ci illərdə tikilmiş İraqın Bağdad şəhərində qədim şəhər.
Delphi (şəhər)
Delfi — Yunanıstanda Parnasos Dağının cənub-qərbində olan arxeoloji və müasir bir qəsəbədir. Antik çağlarda Yunan xalqları üçün əhəmiyyətli bir dini mərkəz idi.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Fatima (şəhər)
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Fua (şəhər)
Fua(fr. Foix, oks. Fois) — dəniz səviyyəsindən 380 m yüksəklikdə yerləşən Pireney qövslərindəki bir şəhər, Fransanın Aryej departamentinin mərkəzi olan Andorra ilə şimalıda sərhəddir . Əhalisi 9,712 nəfərdir (2008). Şəhərdə qraf de Fuanın orta əsrlərə aid Fua qəsri yerləşir. 1212–1217 illərdə Fua qəsri bir neçə dəfə Simon De Monforaya qarşı müdafiə olunmuşdur, lakin 1272-ci ildə III Filip tərəfindən zəbt edilmişdir. XV əsrdə qəsr bərpa edilib və XIX əsrdə restavrasiya olunmuşdur.
Fukuoka (şəhər)
Fukuoka (福岡市, Fukuoka-shi) — Yaponiyanın cənub-qərbində yerləşən liman-şəhər. Mühüm sənaye mərkəzi. Şəhər, Nakaqava çayı ilə iki hissəyə bölünür: Hakata (ticari rayon) və Fukuoka (inzibati və biznes mərkəzi).
Füzuli (şəhər)
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: Dəmirçi, Sitallı, Gəylər, Bazar. Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Göygöl (şəhər)
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Hamamlı (şəhər)
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Hiroşima (şəhər)
Hiroşima (広島市, Hiroşima-şi, azərb. "geniş ada"‎) və ya Hirosima— Yaponiyada, Honşu adasının cənub-qərbində şəhər. Hiroşima prefekturasının inzibati mərkəzi. Çuqoku bölgəsinin ən böyük şəhəri. Hiroşima Yaponiyanın dövlət əhəmiyyətli şəhərləri sırasına daxildir. Atom bombardmanına məruz qalmış ilk şəhərdir. 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyd-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
Homer (şəhər)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.