Xəzanə meyl elədi, almadı vəfa nəzərə; Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün.
[Vaqif:] Görmüşəm şahların vəfasını mən; Xanların zülmünü, cəfasını mən.
□ Cəfa çəkmək – iztirab çəkmək, əziyyət çəkmək.
Qıymazdı intiqamə məni zardən rəqib; Çəkmiş olaydı mən təki yarın cəfasını.
Cəfa vermək – mənəvi əzab vermək, əziyyət vermək, zülm etmək.
Cəfasını çəkmək – əziyyətini çəkmək, möhnətini çəkmək, dərdbəlasını çəkmək. Cəfasın çəkən səfasın görər. ( Ata. sözü ).
Buna baxmayaraq, Mehriban ərinin hər cəfasını çəkən, onun rahat yaşaması üçün hər bir fədakarlığa hazır olan bir qadın idi.