CALUT

Misirlə Fələstin arasında yaşamış Amalika qəbiləsinin başçısı olmuşdur. İsrail oğulları onlara məğlub olanlardan sonra, onlar İşmail peyğəmbərin məsləhəti ilə Talutu özlərinə kral seçmişdirlər. Talut da hakimiyyətə gələn kimi amalikalıların üzərinə yürüş etmişdir. Ancaq, yəhudilərin bir çoxu onlardan qorxmuş, yürüş zamanı ordunu tərk edərək geri çəkilmişlər. Qalan döyüşçülər isə yürüşü davam edərək amalikalılarla qarşılaşmış, onlara qalib gələ bilmişdirlər. Bu döyüşdə İsrailin sonrakı kralı Davud Calutu öldürmüşdür. Bu hadisələr Quranda (2: 246-252) anılmaqdadır.
CAİZ
CALUT CAMİ
OBASTAN VİKİ
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Calut monastırı
Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş Böyük kilsə isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır. == Kompleksə daxil olan tikililər == Monastır Oğuz rayonunun Calut kəndinin şimal-şərqində yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. === Qədim bazilika === Qədim Calut bazilikası iri zal məbədidir. Onun ibadət zalı 6×4.30 m, altar apsidası isə 3,65×1.75 m ölçüyə malikdir. Məbədin qərb və cənub divarları (2–2.6 metr arası hündürlükdə) qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür.
Calut (Oğuz)
Calut — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Rayonun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir. == Tarixi == Calut kəndi Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir. 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Calut kəndində 232 təsərrüfatda 1048 nəfər əhali yaşayırdı ki, onların da 542 nəfərini kişilər, 506 nəfərini isə qadınlar təşkil edirdi. == Etimologiyası == Tarixi mənbələrdə (Musa Kalankaytuklu, Fəridə Məmmədova, Qiyasəddin Qeybullayev, Tofiq Məmmədov, Mahmud İsmayılov və başqalarının əsərləri) qeyd olunan 26 alban tayfasından biri türkdilli çullar (çol-çal) olmuşdur. Çul tayfası Qafqaz Albaniyasının (bugünkü Azərbaycan Respublikası) şimal-şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol-Çul-Çala adı ilə məlumdur. "Çul" etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və s.
Eyn Calut döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.