Cek Niklaus
Cek Niklaus (ing. Jack Nicklaus; d. 21 yanvar 1940; Kolumbus, ABŞ) — Qolf ustası, qolfçu. Karyerasında 18 çempionluq yaşayan Niklaus, müxtəlif fəxri adlara layiq görülmüşdür. İdmana 21 yaşında başlamış, 2005-ci ildə karyerasını bitirmişdir.
== Karyerası ==
Amerikalı peşəkar qolf ustası, qolfçu Cek Niklaus "Qızıl ayı" ləqəbi ilə böyük turnirlərdə qazandığı 18 birincilik, 19 ikincilik, 9 üçüncülük qolf tarixinin ən müvəffəqiyyətli oyunçusu olaraq qəbul edilir. PGA çempionatında 73 birincilik qazanmışdır. Cek Niklaus 1963, 1965, 1966, 1972, 1975, 1986-cı illərdə Masters çempionluğu əldə etmişdir. Turnirin ən müvəffəqiyyətli oyunçusudur. Turniri iki il dalbadal qazanan üç oyunçudan biri olan Cek Niklaus, 1972-ci ildə turniri çempion olaraq bitirmişdir.