Cirinq

Gearing Iqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış: C=bk/şk Burada: c - cirinq əmsalı; bk - məcmu borc kapitalının həcmi; şk - məcmu şəxsi kapitalının həcmi. Əsas etibarilə Böyük Britaniyada işlənilən bu anlayış ABŞ-da leveric kimi adlandırılır. Bu göstəricidən müəssisənin maliyyə durumunu, eləcə də istehsal imkanlarının məhsuldarlığının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəssisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çoxluq təşkil etməsi müəssisə mənfəətinin daha çox hissəsinin faiz ödənişlərinə sərf olunmasına, bu da sərəncamda qalan mənfəətin həcminin azalmasına gətirib çıxarır.
Cərimə qiyməti
“Clearstream” klirinq sistemi
OBASTAN VİKİ
Cirinq

Digər lüğətlərdə