Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər.
İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.