coul
coystik-port
OBASTAN VİKİ
Coystik
Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpusu olur və ora şaquli tutacaq bərkidilir. Tutacağın neytral vəziyyətdən müxtəlif istiqamətlərə hərəkət etdirilməsi ekranda kursorun və ya obyektin nisbi hərəkətini idarə edir, tutacağı buraxdıqda isə obyekt dayanır. Düymələr proqramın müxtəlif funksiyalarını aktivləşdirir və ya başladır. İstehsalatın avtomatlaşdırılmış idarəolunması sahəsində obyektin mütləq yerdəyişməsini idarə etmək üçün, adətən, coystikdən istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir. Oyun manipulyatorlarının "ulu babası" olan bu qurğudan simulyatorlarda, arkad tipli kompüter oyunlarında, oyun konsollarında geniş istifadə olunur. Bəzi coystiklərdə tutacaq hərəkət etməklə yanaşı, öz oxu ətrafında fırlana da bilir.