CPU
Mikroprosessor (CPU) (Central Processing Unit) — fərdi kompüterlərin düşünən beyni olub ana plata üzərində yerləşir, ədədlər üzərində hesab-məntiq əməllərini və idarəni həyata keçirir. Mikroprosessor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir.Ayrıca qurğu şəklində düzəldilən mərkəzi prosessor. Ölçüləri təqribən 2.5~2.5 sm olan çağdaş mikroprosessorun inteqral sxemində 1 milyondan artıq tranzistor olur. Mikroprosessor fərdi kompüterlərin hamısının əsasıdır, çünki yaddaş və qida mənbəyi əlavə etməklə praktiki olaraq hazır kompüter almaq olar (əlbəttə, periferiya qurğularını çıxmaqla). Bu günə olan ən geniş yayılmış mikroprosessorlar bunlardır: Apple Macintosh kompüterlərinin əsasında olan Motorola firmasının 680x0 mikroprosessorları və bütün IBM PS/2 və PC-uyumlu kompüterlərin əsasında olan Intel firmasının 80x86 ailəsi
Mikroprosessorları əsasən Intel, AMD və Cyrix firmaları istehsal edir. Intel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Bu cür mikrosxem özündə təqribən 3,1 milyon tranzistoru birləşdirir. Pentium tipli mikroprosessorun arxitekturası özündə iki hesab-məntiq qurğusunu birləşdirir. Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhzuldarlığı saniyədə 112 milyon əməliyyatdır.