CƏLVƏT

sufizmdə insanlar arasına çıxmaqdır. Sufilikdə bu termin xəlvətin (təkliyə çəkilmənin) əksidir. Təriqət yolunda olan “salik” dünyanı tərk edərək xəlvətdə uzun müddət qaldıqdan sonra saflaşaraq xalq arasına çıxır. Cəlvət və xəlvət terminləri ilk dəfə İbn Ərəbidən sonra təsəvvüfi ədəbiyyatda işlənməyə başlanmışdır. Sufilər bu anlayışları Məhəmməd peyğəmbərin həyatı ilə bağlayırlar, çünki o da, öncə Hira mağarasında xəlvətə çəkilmiş, sonra isə xalqın qarşısına çıxmış, bundan sonra insanları İslama dəvət etmişdir.
CƏHMİLƏR
CƏLVƏTİLƏR
OBASTAN VİKİ
Cəlvətilik
Cəlvətlik — sufi təriqəti. Cəlvətilik bayramilikdən ayrılaraq müstəqil sufi təriqətinə çevrilmişdir. Osmanlı imperiyasında bu təriqətin inkişafı zəmanəsinin ən savadlı və mömin insanlarından olmuş Əziz Mahmud Hüdainin (vəfatı: 1628 il) adı ilə bağlıdır. O, otuzdan artıq əsərin müəllifi olmuş və minlərlə tələbə yetişdirmişdir. Cəlvətiyyənin daha sonrakı inkişafında İsmail Həqqi Bursalı (vəfatı: 1724-cü il) da çox işlər görmüşdür.