DƏMİR-BETON
DƏMİR-DÜMÜR
OBASTAN VİKİ
Boz
Boz – rəng çaları. Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Dəmir
26 elektron Var. Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir.Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir - (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir.Dəmir maqnit sahəsinə malik olan metaldır.O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.İnsan qidasında dəmir çatışmadıqda elementar anemiya (qida anemiyası) baş verir. Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. Bitki orqanizmində dəmirin kütlə ilə miqdarı orta hesabla 0,02 %-dir.
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A. Ə. Bayramov. Qədim Oğuz ellərinin — Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Boz albalı
Boz albalı (lat. Prunus incana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Boz albalı əsasən Qafqazda və Kiçik Asiyada yayılmışdır. Boyu 1,5-2 m olan şaxəli koldur. Yarpaqları ensiz, xırda, xətvarı-lansetvari, yumurtaşəkilli olmaqla kənarı dişli, üstü və altı çılpaq, saplaqları qısa ağ tüklərlə örtülü, adatən kənarı eşilib qatlanmış olur, uzun zoğlarda yerləşir. dür. Çəhrayı-qırmızı çiçəklərinin diametri 1,5 sm, qısa saplaqlı və ya saplaqsızdır, 4-5 ədədi birlikdə çətir çiçək salxımında toplanır. Çiçəkləmə müddəti 5-16 gündür. Ləçəkləri çəhrayı, tərs ovalşəkillidir. Mayda çiçəkləyir, meyvələri iyun-iyulda, bəzən də avqustda yetişir.
Boz ay
Boz ay (az-əbcəd. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
Boz ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz balinalar
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Boz siçovul
Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür. Kütləsi 500 q-a, bədəninin uzunluğu 250, quyruğu 120 mm-ə (həmişə bədənindən gödəkdir) çatır. Sifəti küt və enli, qulaq seyvanı (22 mm) irəli əyilmiş, gözlərinə çatmır. Quyruğu seyrək tüklərlə örtülmüşdür. Pəncəsi nisbətən uzundur (47 mm). Bədəninin üst tərəfınin xəzinin əsas rəngi boz-qonur, kürənimtil və ya oxra çalarlıdır (noxudu və ya qaramtıl çalarlı, yaxud tamamilə qara fərdlərə də rast gəlinir). Alt tərəfı adətən boz, bəzən ağımtıl, melanistlərdə isə qaradır. Qütb ölkələrindən və səhralardan başqa hər yerdə yayılmışdır.
Boz suiti
Uzunsifət suiti, və ya Boz suiti (lat. Halichoerus grypus) — Bioloji növ olaraq Əsl suitilər fəsiləsinə aiddir. Boz suitiləri arealı — Şimali Atlantik okean, Şimali Amerika sahillərindən Yeni İngiltərə, Labrador yarımadası və cənubi Qrenlandiya sahilləri boyunca yerləşirlər. Avropada Norveç, İslandiya və Kola yarımadası sahilləri boyunca yerləşir. Baltik dənizində boz suitinin — Halichoerus grypus macrorhynchus yarımnövü yaşayır. Boz suitilərin ümumi sayı 120–170 min baş, Baltik yarımnövünün sayı isə 7–8 min baş təşkil edir Yetkin erkəklər 2,5 metr (təsadüfü halda 3 m), dişilər isə 1,7–2 m uzunluğa malik olur. Çəkiləri isə erkəklərdə 300 kq, dişilərdə 100–150 kq olur. Sifəti uzusov olur. Rəngləri isə boz, qonur və təsadüfü halda qara olur. Yetkinlik yaşına erkəklər 6–7, dişilər isə 3–5 yaşında çatır.
Boz səsyamsılayan
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Boz tarlasiçanı
Boz vağ
Boz vağ (lat. Ardea cinerea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Boz yapalaqca
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Boz çalağanlar
Boz çalağanlar (lat. Elaninae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi. Boz çalağan (Elanus) Bozumtul çalağan (Elanus caeruleus) Qara çiyinli çalağan (Elanus axillaris) Ağquyruq çalağan (Elanus leucurus) Yazılı çalağan (Elanus scriptus) Chelictinia Qayçıquyruq çalağan (Chelictinia riocourii) Macheiramphus Macheiramphus alcinus Gampsonyx İnci çalağan (Gampsonyx swainsonii) Elanoides Haçaquyruq çalağan (Elanoides forficatus) Azərbaycanda yaşayan növü yoxdur.
Boz çiltoyuq
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz ördək
Boz ördək (lat. Mareca strepera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin mareka cinsinə aid heyvan növü.
Boz şam
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Boz şoran
Boz şoran - (lat. Salsola cana C. Koch.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Gövdəsiqısa tüklərlə örtülü, 20-35 sm hündürlükdə, gümüşü –bozumtul yarımkolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1-2 mm enində, növbəli xətvari, yarımsilindrik, sərtvari, kütvari, sıx, qısa, ağımtıl-boz tüklərlə örtülü, vegatasiyanın sonunda çılpaqdır. Çiçəkaltı yarpaqlar bir qədər kiçikdir; çiçəkaltlıqları geniş, çiçəə bərabər və ya çiçəkdən bir qədər uzundur. Toxumları şaquli və ya çəpdir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. Qafqaz. Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. Azərbaycanın nadir bitkisidir.VU D2. Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. Arealı geniş deyildir. Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.

Digər lüğətlərdə