DƏRƏNİN YAMACLARI
dərənin dibini yanlardan əhatələyən, yamaclar. Bəzi hallarda çay terrasları ilə mürəkkəbləşir. Yamaclar yüksək, alçaq, dik, yastı; profildəki formasına görə-düz, əyri, qabarıq, əyri-qabarıq, pilləli ola bilər. Yetkin dərələrdə yamaclar bir qayda olaraq çayın sahilindən səviyyəsində məcrasını əhatələyən terraslarla ayrılır. Dərənin ilkin inkişaf mərhələsində çayın “sahili” və “yamac” məfhumları uyğun gəlir (üst-üstə düşür).
склоны долины
valley slopes, valley sides