DƏYƏ

(Ağcabədi, Göyçay, İmişli, Mingəçevir, Ordubad, Ucar, Şamaxı, Şəki)
1. bax deyə (Şamaxı, Şəki). – İşdi:rux, yorulanda da gedif dəyədə otu:rux (Şəki)
2. tövlə (Ağcabədi, Göyçay, İmişli, Mingəçevir, Ordubad, Ucar). – Mallarımız qışda dəyədə yatır (Ucar)
Dəyə pulu (Qazax) – keçmişdə köçərilərin dağda odun yandırmaq üçün ödədikləri vergi, odun vergisi
DƏYDALI
DƏYİNMƏX’
OBASTAN VİKİ
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
Balans dəyəri
Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur. Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır.
Böyük dəyənək siyasəti
Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu. Böyük dəyənək siyasətinin 2 məqsədi var idi: Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq Latın Amerikasının ABŞ-nin maraq dairəsinə daxil olmasını təmin etmək. Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi.
Dollar dəyərinin ortalaması
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Dəyəqarabulaq
Dəyəqarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dəyəqarabulaq oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, kəndi XVIII əsrin axırlarında yaxınlıqdakı keçmiş Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən ayrılmış ailələr yurd yerində saldığına görə belə adlandırılmışdır. Dəyə sözü "koma, daxma, yaylaq və ya qışlaqda müvəqqəti yaşayış evi" mənasında olub, kəndi r-nun ərazisindəki Qarabulaq adlı başqa bir kənddən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1167 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyəqarabulaq bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyər
Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər. Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir. Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.
Dəyər (fəlsəfə)
Dəyər bu və ya digər predmetin xassəsi, insanların arzu və tələbatlarının ödənilməsidir. İnsanın dəyərlər sisteminə xeyir və şər, xoşbəxtlik və bədbəxtlik, həyatın məqsədi və mənası haqqındakı təsəvvürləri də daxil ola bilər. Məsələn, "həyat" insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər ierarxiyası formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. Insanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi və.s normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı, bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır.
Dəyər (iqtisadiyyat)
Dəyər — konsepsiyası bir neçə fərqli tərifə malik olan iqtisadi fenomen. İqtisadi nəzəriyyədə sahiblər arasında malların könüllü mübadiləsində kəmiyyət münasibətlərinin əsası dəyərdir. Fərqli iqtisadi məktəblər dəyərin təbiətini müxtəlif yollarla izah edirlər: sosial vaxt baxımından zəruri olan iş vaxtı xərcləri, tələb və təklif tarazlığı, istehsal xərcləri, marjinal fayda və s. Mühasibat və statistika xərcləri, bir obyektin alınması və ya istehsalı üçün pulla ifadə olunan xərclərin məbləğidir. Gündəlik danışıqdakı dəyər bir məhsulun qiyməti ("kibrit nə qədərdir?"), satınalma xərcləri ("mənə 1000 manata başa gəldi."). Dəyər, xərc şərtlərinə yaxındır. Dəyər anlayışı əsas iqtisadi kateqoriyadır. Adam Smit və David Rikardo kimi klassik iqtisadçılar ayrıca mübadilə dəyərini (malların başqaları ilə mübadilə etmə qabiliyyəti) və istifadə dəyərini (faydalılıq, məhsulun istənilən tələbatı ödəmək qabiliyyəti) ayrı-ayrılıqda nəzərdən keçirirdilər. Onların hazırladığı dəyər əmək nəzəriyyəsinin əsas elementləri mübadilə dəyərinin mahiyyətini təhlil etməyə yönəldilmişdir. Bu nəzəriyyə Karl Marksın iqtisadi əsərlərində ən tam formanı aldı.
Geriyə Baxmağa Dəyər (1985)
Geriyə baxmağa dəyər... (film, 1985)
Geriyə baxmağa dəyər (film, 1985)
Guma (çox dəyərli)
Guma müraciət edə bilər:
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. Xalis cari dəyər Geri ödəmə müddəti metodu PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Milyardın dəyəri, Timsah xətti (roman)
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: Fikrət Süleymanoğlu. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, 2007,№4, s.76-80.
NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı
NBA All-Star Ən Dəyərli Oyunçu Mükafatı hər il NBA finalında ən yaxşı çıxış edən oyunçuya verilən mükafat. İlk dəfə 1953-cü ildə verilmişdir. Bundan əlavə əvvəlki iki ilin ən yaxşı oyunçuları Ed Makauley və Paul Arizinə də bu mükafat verildi. Bob Pettit (1958, 1959) və Rasl Vestbruk(2015, 2016) ardıcıl iki il mükafatı qazanan yeganə basketbolçulardır. Bob Pettit (1956), Bob Kousi (1957), Vilt Çemberlin (1960), Bil Rasl (1963), Oskar Robertson (1964), Uilis Rid (1970), Deyv Couens (1973), Maykl Cordan (1988, 1996, 1998), Mecik Conson (1990), Sakil O'Nil (2000), and Alen Iverson (2001) eyni ildə həm All-Star oyunu Ən Dəyərli Oyunçu mükafatı və NBA Ən Dəyərli Oyunçu mükafatını qazanan oyunçulardır. Maykl Cordan bu nəticəni üç dəfə təkrarlayan yeganə şəxsdir.
NBA Ən Dəyərli Oyunçu Mükafatı
NBA Ən Dəyərli Oyunçu Mükafatı (Most Valuable Player, qısaca MVP), NBAdə oyunçulara verilen bir mükafatdır. Hər il üç dəfə Ən Dəyərli Oyunçu Mükafatı sahibini tapır. Bunlardan ilki All Star Şərq-Qərb Matçı Ən Dəyərli Oyunçu Mükafatıdır. Bu mükafat, hər il şou məqsədli təşkil olunur, Şərq və Qərb komandalarının oyunçularından ibarət olan yığma komandaların oynadığı matçda ən yaxşı performansı göstərmiş olan oyunçuya verilir. Digər iki mükafat isə Normal Mövsüm "Ən Dəyərli Oyunçu Mükafatı" və Pleyoff "Ən Dəyərli Oyunçu Mükafatı"dır. Seçkinin nəyə əsasəm edildiyi məlum olmamaqla yanaşı, ümumiyyətlə qazanan komandaların ən yaxşı oyun sərgiləmiş oyunçularının bu mükafatı alması, bu mövzuda yazılmamış qanunlardan biridir (Məğlub olan bir komandanın oyunçusu yüksək statistik rəqəmlərinə çatsa belə "Ən Dəyərli Oyunçu Mükafatı"na layiq olmaq kimi bir şansı yok kimdir.). Çikaqo Bullz oyun qurucusu Derrik Rouz, 22 yaşında bu mükafatı alaraq ən gənc yaşda MVP olan oyunçu olmuşdur. Dirk Noviçki bu mükafatı qazanan tək Avropalı oyunçudur. Stiv Neş də bu mükafatı qazanan tək Kanadalıdı. 2015-ci il May ayından etibarən bu mükafatı qazanan son ad Stefan Karridir.

Значение слова в других словарях