Dəyəqarabulaq

DəyəqarabulaqAzərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Dəyəqarabulaq
40°30′40″ şm. e. 45°48′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.529 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dəyəqarabulaq xəritədə
Dəyəqarabulaq
Dəyəqarabulaq

Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatına görə, kəndi XVIII əsrin axırlarında yaxınlıqdakı keçmiş Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən ayrılmış ailələr yurd yerində saldığına görə belə adlandırılmışdır. Dəyə sözü "koma, daxma, yaylaq və ya qışlaqda müvəqqəti yaşayış evi" mənasında olub, kəndi r-nun ərazisindəki Qarabulaq adlı başqa bir kənddən fərqləndirməyə xidmət edir.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1167 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629