DAĞISTANLI

сущ. дагъустанви.
DAĞINTILIQ
DAĞITDIRMAQ
OBASTAN VİKİ
İsmayıl Dağıstanlı
İsmayıl Dağıstanlı (doğum adı: İsmayıl Yusif oğlu Hacıyev; 24 dekabr 1906 (6 yanvar 1907), Zərnə, Zaqatala dairəsi – 1 aprel 1980, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926–1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
İsmayıl Dağıstanlının Xatirə Ev-Muzeyi
İsmayıl Dağıstanlının Xatirə Ev-Muzeyi - Muzey 10 sentyabr 1990-cı ildən fəaliyyətə başlayıb. Muzeyin 64 m sahəsi olan 2 otaq və 1 dəhlizdən ibarətdir. Hal-hazırda muzeydə 1125 eksponat qorunur. == Yaradılması == Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 50 nömrəli qərarı ilə 5 fevral 1990-cı il yaradılmışdır. Qax şəhər sakininin şəxsi evi olub, sonra muzeyə çevrilib. Muzey 1990-cı ilin sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Muzey binası 1 mərətəbə və 3 otaqdan ibarətdir. Sahəsi 64kv.m. olub, 1120 eksponatdan ibarətdir. Muzeydə ən qədim eksponat XVIII əsrə aid yun darağıdır.

Digər lüğətlərdə