Dağtərxunu
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
== Botaniki xarakteristikası ==
Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.