DAŞINMAQ

Daşınıb-düşünmək formasında (sinonimlər birləşməsi kimi) işlədilir. Başa düşmək, düşüncə sözlərindəki duş feili “anlamaq” mənasını əks etdirən söz olub, onun yerə düşmək birləşməsindəki ikinci komponentlə heç bir əlaqəsi yox­dur (deməli, çoxmənalılıqla bağlı deyil). “Sözüm yerə düşdü” və “Qələm yerə düş­dü” cümlələrindəki düşmək də tamam ayrı-ayrı sözlərdir. Birinci misaldakı düş­mək kəlməsi dış (kənar) anlamı ilə bağlıdır, yəni “sözüm hədəfə dəymədi, kənara getdi” deməkdir. Ona görə də dilçilikdə çoxmənalı sözlər və məcazi məna probleminə yenidən nəzər salmaq lazımdır. Daşınıb-düşünmək sinonimlər birləş­məsidir, bi­rinci komponent ikincinin dəyişmiş formasıdır, hər ikisi eyni söz olub (“düşünmək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAŞIMAQ
DAŞQALAQ

Digər lüğətlərdə

деидеологизи́ровать наскрёбываться Аредовы ве́ки жить за плеча́ми иудаи́стика пирого́вый прия́тный прора́щиваться рыбокопти́льня сэйшн сайда хорайдать commission agent constituent eclair fain invermination propfan torse viable дискантовый сдерживающий собранный стереться частота