DAŞINMAQ₂

f.
1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə).
Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə.
[Mehriban] axşam çocuqlarını yanına alıb bulvara çıxmaq istəmişdisə də, sonra bu fikrindən nədənsə, daşınmışdı. S.Hüseyn.

2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir).
Bəlli Əhməd çox düşündü, çox daşındı. Koroğlu”.
Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAŞINMAQ çəkinmək
  • DAŞINMAQ fikirləşmək
  • DAŞINMAQ aparmaq — keçmək
  • DAŞINMAQ daşınmaq bax köçmək 1

Etimologiya

  • DAŞINMAQ Daşınıb-düşünmək formasında (sinonimlər birləşməsi kimi) işlədilir. Başa düşmək, düşüncə sözlərindəki duş feili “anlamaq” mənasını əks etdirən söz olu
DAŞINMAQ₁
DAŞINTI₂

Digər lüğətlərdə