DAŞINMAQ₁


1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı.
– Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani.
Fayton qoşulub balkonun qabağına sürüldü.
Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.

2. qayıd. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək.
Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. N.Nərimanov.
Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli.
Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAŞINMAQ çəkinmək
  • DAŞINMAQ fikirləşmək
  • DAŞINMAQ aparmaq — keçmək
  • DAŞINMAQ daşınmaq bax köçmək 1

Etimologiya

  • DAŞINMAQ Daşınıb-düşünmək formasında (sinonimlər birləşməsi kimi) işlədilir. Başa düşmək, düşüncə sözlərindəki duş feili “anlamaq” mənasını əks etdirən söz olu
DAŞINMA₂
DAŞINMAQ₂

Digər lüğətlərdə