Phoenix dactylifera
Barmaqvari finik və ya xurma
Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır.
Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır.
Finik çox işıq tələb edir.