Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.