darren

vt qurutmaq
darreichen
Darrhaus
OBASTAN VİKİ
Darren Aronofski
Darren Aronofski (ing. Darren Aronofsky; 12 fevral 1969[…], Bruklin, Nyu-York) — amerikan kinorejissor, ssenarist və prodüser. Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir." Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır. Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi.
Darren Heyz
Darren Heyz (ing. Darren Hayes; 8 may 1972, Brisben) — müğənni, şair və bəstəkar, Savage Garden duetinin yaradıcılarından biri. Bəyəndiyi müğənnilər: Prince, The Smiths, Fleetwood Mac, Marvin Gaye, Diana Ross, Duran Duran, Maykl Cekson, Madonna, U2, Eurythmics, Annie Lennox, Dido, Sarah Mclachlan Darren hələ məktəb illərində məktəb musicallarında çıxış edirdi. Bir neçə zaman sonra isə Darren universitetə qəbul olur. Hələ məktəb illərində bir çox mahnısının yazılmasında Darren’i ruhlandıran – Colby Taylor ilə tanış olur. Ən məşhurlardan biri – "Truly Madly Deeply" Daniel Jones’la tanışlıqdan sonra Darren musiqiyə görə universiteti yarımçıq tərk edir. Sonra onlar "Red Edge" qrupunu tərk edirlər və öz şəxsi qruplarını – "Savage Garden" qrupunu yaradırlar. İlk uğurlu albom "Savage Garden" (1997) albomu olur. 1999-cu ildə Darren və Daniel San-Francisco’ya, Wallyworld studiyasına gəlirlər. Burada onlar ikinci uğurlu albom – "Affirmation" albomunu yazdırırlar.
Darren Modo
Darren Modo (21 may 1998-ci ildə anadan olub) — GFA Premyer Diviziya təmsilçələrindən olan Paradays klubunda hücumçu kimi çıxış edən peşəkar Qrenada futbolçusudur. Modo Qrenada milli futbol komandasında debütünü 29 aprel 2017-ci ildə Trinidad və Tobaqo millisinə qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Camal Çarlesi əvəz etmişdir. Yaxşı futbol oynamağı bacaran Modo həmçinin atletika ilə məşğul olur. Modo şüvüllə tullanmada Qrenadanı 2016 KARİFTA Oyunlarında təmsil etmişdir.