dato

adv. : bis dato bu tarixə qədər, bu tarixə kimi
Dativ
Dattel
OBASTAN VİKİ
Datolit
Datolit – CaB [SiO4] (OH) — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, çox vaxt yaşılımtıl çalarlı ağ, zeytunu - yaşıl, açıq- və bal kimi -sarı, bəzən qırmızımtıl, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ, açıq-boz; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,9-3,0; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Morfologiya – kristallar: üzlərlə zəngin qısaprizmatik, lövhə- və pazvari, izometrik; Mineral aqreqatları: aydındənəvər və gizlikristallik bütöv kütlələr, salxım şəkilli radial-şüalı əmələgəlmələr–botriolitlər, kiçik kristal druzaları, fırçalar, qaysaqlar. == Mənşəyi və yayılması == Mineralın ən böyük yığınları skarn və skarnoidlərlə əlaqədar olub, vollastonitin hidrotermal əvəzlənməsi nəticəsində yaranan gec əmələgəlmələrdir. Çox vaxt badamdaş effuziv süxurların boşluqlarında müşahidə edilir. Bəzi intruziv süxurlarda (qabbro, diorit və b.), hidrotermal filiz yataqlarında, duz yataqlarının gips papaqlarında, çökmə və metamorfik (kalsifirlər, şistlər və s.) əmələgəlmələrdə damarcıq və püruzlar şəklində iştirak edir. Birlikdə rast gəldiyi minerallar: prenit, seolitlər, kalsit, danburit, vezuvian, aksinit, vollastonit, hedenbergit, anhidrit, xalsedon və b. Mineralın tapıldığı yerlər: Arendal (Norveç); Sankt-Andreasberq (Almaniya); Trentino vilayəti (İtaliya); Bağçasaray rayonu və Qaradağ dağı (Krım); Turyin mədənləri, Tetyuxe, Aldan rayonu (Rusiya); Orta Asiya; Akatame, Şişibu (Yaponiya); Kivenaç, Meriden, Xourvel (ABŞ) və b. Azərbaycanda Naxçıvan MR-nın Culfa rayonunda yerləşən bir sıra bor təzahürlərində (Berdıq-Qazançı, Əlincəçay və b.), həmçinin Tutqunçay hövzəsində və s. qeyd edilmişdir.
Datomir
Datomir (ing. Dathomir) — "Ulduz müharibələri" kainatında uydurma planet. Datomir qalaktikanın ucqar nöqtələrində yerləşir və orbitində olduğu ulduza görə qırmızı rənglidir. Planet mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara sahibdir, lakin rahat atmosferi də var. Datomirin böyük bitki örtüyü olan qitələri, əyilmiş meşələri, baramaya oxşayan böyük meyvələri var. Planetdə gecə bacıları və gecə qardaşları kimi fraksiyalar yaşayır. Gecə bacıları Datomirdə hökmranlıq edən və qaranlıq sehrin gücünə sahib olan cadugərlər qrupudur. Gecə qardaşları cadugərlərdən ayrı yaşasalar da, onların suverenliyinə boyun əyir. Güclü olmalarına baxmayaraq, gecə bacıları Qalaktik respublika ilə sith arasındakı münaqişədə iştirak etməmişdir. Görkəmli gecə bacılarından biri Asajj Ventress, gecə qardaşlarından isə Dart Mauldur.
Sırım Datov
Sırım Datov (qaz. Сырым Датұлы; 1753, Sırım rayonu[d], Qərbi Qazaxıstan əyaləti – 1802, Xivə) — Baybaqtı tayfasının yüzbaşısı, Kiçik Jüzdə ruslara qarşı müqavimətin başçısı. Qazax xanlığı dövründə ölkədə əmin-amanlıq vardı. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi. Qazax jüzlərinin xarici vəziyyətinin mürəkkəbliyi, həmçinin daxili çətinlik qonşuların onların torpaqlarını zəbt etməsini asanlaşdırdı. Ona görə də çar hökumətinə və feodal agalığınaa qarşı xalq kütlələrinin azadlıq hərəkati başlandı. XVIII əsrin 70-90-ci illərində qazax-rus münasibətləri kəskinləşmişdi. 1773-1775-ci illərdə Y.Puqaçovun başçılığı altinda olmuş kəndli müharibəsində Kiçik va Orta jüz qazaxları fəal iştirak etmişdilər , Bu hərəkatın iştirakçısı Sırım Datovun başçılığı altında 1783-1797-ci illərda Kiçik jüz qazaxlarının üsyanı olmuşdu. Üsyanın əsas səbəbi qazaxların torpaqlannm zəbt olunmasi, aqrar məsələlərn kəskinləşməsi, köçərilərin həmişə istifadə etdikləri otlaqlara qadaga qoyulmasi, inzibati orqanların, kazak qoşunlanmn soyğunçuluğu və yerli feodalların özbaşınalığı idi . Abılay xanın ölümündən sonra iqtidar zəifləməsi ilə Kiçik Jüzün qazaxları öz xanlığını qurmuş, başına Qayıp sultanın oglu Batır xanı gətirmişdilər.
Typhlodromus datongensis
Typhlodromus datongensis (lat. Typhlodromus datongensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus datongensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.