Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı
== Məzmunu ==
Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır.
== Nəşri ==
ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar.
=== Azərbaycanca ===
Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla oxuculara 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən görkəmli şair – dramaturq Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.