Əli Dayi
Əli Dayi (fars. علی دایی; 21 mart 1969, Ərdəbil, İran) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir.
Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol).
Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir.
YUNİSEF-in xoş məramlı səfiridir.