DEFİLYASİYA
(latın deflare-üfürmək)
infilyasiya dövründə qiymətlərin artım sürətini dayandırmaq, azaltmaq, pulun dəyərini, alıcılıq qabiliyyətini qaldırmaq, iqtisadiyyatı “sağlamlaşdırmaq”, sabitləşdirmək məqsədi ilə və ya pul islahatından öncə Hökumət tərəfindən artıq kağız pullarının və digər banknotların təadavüldən çıxarılması yolu ilə pul kütləsinin azaldılması. D. məqsədi ilə kredit restriksiyası (faiz dərəcəsinin artırılması, kreditlərin limitləşdirilməsi), vergilərin artırılması, sosial-mədəni xərclərin azaldılması, əmək haqqının “dondurulması” və digər tədbirlər görülür. D.-nın müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də mövcuddur. Misal: iqtisadi inkişaf sürəti aşağı düşməsinə, idxal-ixrac əməliyyatlarının aşağı düşməsinə və, hətta bəzi təşkilatların müflisləşməsinə və s. gətirib çıxarda bilər.