Deflyator
Statistikada deflyator, özünə hər hansı dövrü əsas götürərərək zamanla baş verən dəyişikliklərin ölçülməsinə imkan verən dəyərdir. O, adətən qiymət indeksi vasitəsi ilə qiymətlərdəki dəyişikliklərdən yaranan Ümumi Milli Məhsulun (ÜMM, ing. Gross National Product, GNP) pul dəyəri və fiziki əmtəədə baş verən dəyişiklər arasındakı fərqi ayırd etmək üçün istifadə olunur. Deflyator müəyyən kəmiyyət üçün qiymət səviyyəsinin ölçüsüdür. O, iqtisadiyyatda inflyasiya təsirlərinin nəzərə alınmadığı qiymət indeksi kimi xidmət edir.
Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Qiymət Proqramı tərəfindən hesablanan idxal və ixrac indeksləri milli hesablarda deflyatorlar kimi istifadə olunur. Məsələn, Ümumi Daxili Məhsul (ÜDM) istehlak xərcləri, ümumi xüsusi investisiyalar, dövlət xərcləri və ticarət balansının (ixracla idxalın fərqi) cəminə bərabərdir. Müxtəlif qiymət indeksləri ÜDM-in hər bir komponentini "zəiflədərək", əldə edilən ÜDM dəyərlərinin müqayisəsini növbəti dövlərdə mümkün etmək üçün istifadə olunur. İdxal qiymət indeksləri idxal komponentini zəiflətmək (məsələn, idxalın həcmi İdxal Qiymət İndeksi tərəfindən bölünür), ixrac qiymət indeksləri isə ixrac komponentini zəiflətmək (məsələn, ixrac həcmi İxrac Qiymət İndeksi tərəfində bölünür) üçün istifadə olunur.
Deflyator, ümumilikdə, dolların alıcılıq qabiliyyətini "inflyasiyaya əsasən tənzimlənmiş" alıcılıq qabiliyyətinə dəyişmək üçün istifadə olunan statistik vasitədir və beləliklə, o, müxtəlif dövrlər üçün xarakterik olan inflyasiyanı izah edərək qiymətlərin müqayisəsini mümkün vəziyyətə gətirir.