DEHİDROGENLƏŞMƏ

сущ. от глаг. dehidrogenləşmək ; дегидрогенизация, дегидрирование
DEHİDROGENLƏŞDİRMƏK
DEHİDROGENLƏŞMƏK
OBASTAN VİKİ
Dehidrogenləşmə
Dehidrogenləşmə — hidrogenin üzvi maddə molekullarından ayrılmasıdır. Hidrogen akseptorlarının təsiri altında və ya katalizatorların iştirakı ilə həyata keçirilir. Katalitik dehidrogenləşmə və əksinə dönən reaksiya hidrogenləşmə bir-birilə dəyişkən termodinamik tarazlıq vasitəsilə əlaqəlidir. Dehidrogenləşməyə keçmə temperaturun artmasına və təzyiqin enməsinə səbəb olur. Dehidrogenləşməni adətən 300ºC-dən yuxarı temperaturda və 0,1–5 MPa təzyiqdə həyata keçirirlər. Daha yüksək təzyiqin tətbiqinin vacibliyini müvafiq temperaturun artması ilə əlaqələndirirlər. Dehidrogenləşmə katalizatorları adətən tərkibində keçirici metallar, onların oksidləri və ya sulfidləri olan çoxkomponentli sistemlərdir. Dehidrogenləşmə zamanı reaksiyaya məruz qalan birləşmə katalizatorla kompleks, ardınca ayrılan H2 və katalizator səthindən desorbsiya olunan dehidrogenləşmə məhsulu əmələ gətirir. Doymuş və doymamış tsiklik birləşmələrin aromatik birləşmələrə çevrilməsi dehidroaromatikləşmə adlanır. Katalitik dehidrogenləşməyə oksidləşdiricilərin (O2, SO2, H2O2, I2, Br2 və.s.) təsiri altında qaz fazada keçən oksidləşdirici dehidrogenləşmə həmçinin aiddir.

Digər lüğətlərdə