Delistinq
Delistinq — müəyyən bir emitentin qiymətli kağızlarının fond birjasının kotirovka siyahısından çıxarılması. Siyahıdan çıxarıldıqdan sonra, emitent şirkətin qiymətli kağızları, şirkətin kotirovka siyahısından çıxarıldığı birjada satıla bilməz. Kotirovka siyahısından çıxarılan qiymətli kağızlar birjadan kənar qiymətli kağızlar bazarında satıla bilər.
== Üstünlükəri və çatışmazlıqları ==
Əsas üstünlüklər:
Şirkətin siyahının saxlanılması xərclərini azaltmaq;
Şirkətin daxili quruluşunun sadələşdirilməsi;
Sənəd dövriyyəsinin azaldılması;
Zaman idarəçiliyinin təkmilləşdirilməsi;
Məlumatların açıqlanmaması və müstəqil direktorların cəlb edilməsinə ehtiyac olmaması yolu ilə risklərin idarə edilməsinin gücləndirilməsi.